Bir sent deyeri olan bitkoin 17 mine nece catdi?


[r32]
– xeber –
Bitkoinə sərmayə qoyanlar indiki şərtlərlə qumar oynamaq qədər riskə gedirlər. Çünki hələ özünü valyuta bazarında tam təsdiq etməyən, hesablaşmalar üçün yüksək komission haqları və tələb olunan əlavə vaxta görə klassik valyuta vahidlərindən geri qalan bitkoinlə böyük pullarla "oynamaq" təhlükəlidir.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu son günlərin ən məşhur rəqəmsal valyutası hesab edilən bitkoinə sərmayə qoymağın nəticələrini şərh edərkən deyib.
Ekspert bildirib ki, bitkoinin taleyi çox adamı düşündürməyə və narahat etməyə başlayıb:
“2009-cu ildə 1 ABŞ senti nominal dəyəri ilə tədavülə çıxan bitkoin 1 ay sonra 1 dollara, 2 il sonra 10 dollara, hazırda isə 16,5 min dollara satılmağa və tədiyyə vasitəsi kimi bəzi hesablaşmalarda istifadə olunmağa başladı. Son dəyərləndirmələrə görə, ümumi bazar dəyəri 329 milyard dollar təşkil edən bitkoinin taleyi çox adamı düşündürməyə və narahat etməyə başlayıb. Fikrimcə, bu valyutanın dəyəri virtual bazarda əsasən spekulyativ tələb və təklifə bağlı olduğundan, onun real bazar dəyəri formalaşmasınadək ziqzaqvari dəyişiklər gözləniləndir. Amma bitkoinin bazar dəyərinin belə sürətlə davamlı artması mümkün deyil”.
Q.İbadoğlu hesab edir ki, bitkoinin taleyi bazar payı yüksək olan şirkətlərin bu valyuta ilə hesablaşmalara keçidindən, onu aparıcı ölkələrin mərkəzi banklarının tanımasından və tədavülə buraxmasından asılı olacaq:
“Bitkoinə sərmayə qoymaq risklidir. Çünki o hələ özünü valyuta bazarında tam təsdiq etməyib, hesablaşmalar üçün yüksək komission haqları və tələb olunan əlavə vaxta görə klassik valyuta vahidlərindən geri qalır”.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org