"Bir aya torpagimizi azad ede bilerdik, imkan vermediler"

– xeber – Biz bir aya torpaqlarımızı azad edə bilərdik, imkan vermədilər.

 

Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Dünya Azərbaycanlılarının Bakıda keçirilən IV Qurultayının yekun iclasında deyib.

 

"Təəssüf ki, müasir dünyada bunun qarşısının alınması mexanizmi var. Ona görə də dünya informasiya məkanına çıxılması, virtual informasiya vasitələrinin yaradılması vacibdir”,- deyə APA agentliyi Əli Həsənovun sözlərini dərc edib.

 

Həmçinin Dünya Azərbaycanlılarının IV Qurultayının qətnaməsi qəbul edilib. Qətnamədə qeyd olunur ki, həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər Azərbaycanı dinamik inkişaf edən, güclü vətəndaş cəmiyyətinin formalaşdığı, insan hüquq və azadlıqlarının etibarlı şəkildə təmin edildiyi bir ölkəyə çevrilib.

 

Qətnamədə deyilir ki, Azərbaycanın müvafiq dövlət qurumları ilə məsləhətləşmələr əsasında Dağlıq Qarabağ münaqişəsinin tarixi, nəticələri və nizamlanma prosesi ilə bağlı bütün məlumatların, sənədlərin, elektron informasiya ehtiyatlarının, elmi araşdırmaların, nəşrlərin və filmlərin toplandığı, həmçinin belə məhsullar istehsal edən, ayrıca büdcə ilə təmin edilmiş xüsusi mərkəz və ya fondun yaradılması nəzərdə tutulur.

 

Qətnamədə, həmçinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, dünya azərbaycanlılarının birliyinin möhkəmləndirilməsi ilə bağlı diaspor təşkilatlarına bir sıra tövsiyələr verilir.

 

Qurultayın nümayəndələri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət rəhbərlərinə və parlamentlərinə müraciət edib.

 

Bu gün keçirilən yekun iclasda Əlaqələndirmə Şurasının yeni tərkibi də formalaşdırılıb. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilib. 

 

Bu gün qurultay çərçivəsində “Lobbi quruculuğu: dəyişən geosiyasi reallıqlar yeni qlobal iqtisadi tendensiyalar kontekstində” və “Cəmiyyətə inteqrasiya və siyasi həyatda iştirak” mövzusunda panel iclasları olub.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org