Bir avtoyuma ve iki aile qalmaqalinin yeni teferruatlari (FOTO)

9 Yanvar 2016 15:58 – xeber –
Bir avtoyuma və iki ailə qalmaqalının yeni təfərrüatları

15 noyabr 2015-ci il tarixdə isə İbrahimova Nina və övladları İbrahimova Rabiyə və İbrahimov Anara onlarla insan mane olmağa çalışsa da, ictimai qaydada hamının gözü qarşısında məni, qızım Əhmədova Vəsiləni, həyat yoldaşım Orucova Larisanı, azyaşlı nəvəm Cavidanı, eləcə də icarədarımız Qasımov Talehi döyməklə və xəsarət yetirməklə xuliqanlıq əməlləri ediblər. Faktla bağlı Nərimanov rayon Polis İdarəsində ayrı-ayrı vaxtlarda 2 cinayət işi başlanıb, onların xuliqanlıq əməlləri ilə bağlı 5 ayrı-ayrı cinayət xarakterli materiallar da həmin cinayət işlərində var".

Orucovlar ailəsinin başçısı qeyd edib ki, məqalədə İbrahimova Ninanın qeyd etdikləri böhtandır və əsassızdır: "İbrahimova Ninanın qanunsuz olaraq istifadə etdiyi avtoyuma məntəqəsi gecə-gündüz maşın yumaqla məşguldur və Nərimanov rayonu, Təbriz 94 və Molla Cümə küçəsi  7 E ünvanında yaşayan çoxsaylı vətəndaşların müraciətləri Nərimanov rayon Polis İdarəsinə və digər hüquq mühafizə orqanlarına göndərilb ki,  onların avtoyuma məntəqəsinin fəaliyyətindən narahatdırlar.

Hədələrlə bağlı onu deyə bilərik ki, məhz İbrahimova Nina və ailəsi tərəfindən mən və ailəm dəfələrlə hədələnib və bunu sübut edən video kadrlar da vardır.

Məqalədə qeyd edilən cinsi azlıqlar məsələsi ilə bağlı onu deyə bilərik ki, şəxsiyyəti məlum olmayan həmin şəxslərlə İbrahimova Nina arasında dava-dalaş olub və onların cinsi azlıqların nümayəndəsi olub-olmamaları haqqında biz heç nə deyə bilmərik. Məhəllə sakinləri kimi biz də bu barədə, sadəcə, eşitmişik, lakin bizim həmin şəxslərlə hər hansı əlaqəmiz yoxdur və ola da bilməz. Əgər İbrahimova Nina ilə qeyd etdiyi cinsi azlıqda olan şəxslər arasında dava olubsa, yəqin ki, bu barədə hüquq mühafizə orqanlarına şikayət edib. Əgər belə bir şey olubsa, əlbəttə ki, həmin şəxslər təqsirli olduqları təqdirdə cəzalanacaqlar. Eləcə də, bildirirəm ki, cinsi azlıqların nümayəndəsi olduğu deyilən həmin şəxslər İbrahimova Ninanın evində bir günlük deyil, uzun müddət, günlərlə kirayədə yaşayıblar.

Qızı Rabiyənin özünü öldürmə həddinə çatdırılmasına gəlincə isə, bu barədə İbrahimova Rabiyə Nərimanov Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib, lakin bu fakt təsdiq edilmədiyi üçün cinayət işi başlanması rədd edilib.

Münaqişənin dayandırılması üçün oğluma məxsus avtoyuma məntəqəsinin fəaliyyəti dayandırılsa da, vergi ödəyən, qanuni sahibkarlıq fəaliyyəti ilə məşgul olan Qasımov Taleh 21 dekabr, 2015-ci il tarixdə "Nərimanov rayonunda sən nə gəzirsən" deyərək İbrahimova Ninanın oğlu, keçmiş polis işçisi Anar tərəfindən ciddi xəsarətlər almaqla döyülüb, hazırda "Semaşko" xəstəxanasında müalicə alır. O, baş-beyin silkələnməsi, dişinin sınması, üzündə qançır, şişlərlə bir neçə gündür ki, tibbi yardım alır".

Uyğun link:

http:–news.milli.az-country-387309.html

Pünhan Mirzə
Milli.Az

ŞƏRH YAZ

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org