Binede tehqire gore tanisini oldurdu (FOTO)

5 Yanvar 2016 21:16 – xeber –
Bakı Ağır Cinayətlər Məhkəməsində Xəzər rayon sakini Qərib Əhmədovun (1991-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.  
Olkem.az oxu.az-a istinadən xəbər verir ki, ötən il avqustun 15-də Binə qəsəbəsində yaşayan Qərib Əhmədov şəxsi münasibətlərin aydınlaşdırılması zəminində qəsəbə sakini Məmmədağa Həsənovun (1989-cu il təv.) ürək nahiyəsindən bir zərbə vurmaqla, onu qəsdən öldürüb. Həmin gün sonuncu şübhəli şəxs qismində Xəzər RPİ 2-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqdim olunub.  
İş üzrə dindirilən Qərib Əhmədov bildirib ki, Məmmədağa yaşca ondan böyük olub və daim onu təhqir etməklə, lağa qoyub. Həmin gecə təxminən saat 12 radələrində o, Həsənovla təsadüfən küçədə rastlaşıb.
Onun sözlərinə görə, Məmmədağa sərxoş vəziyyətdə olub, onu görən kimi yanına çağırıb iradını bildirməyə başlayıb. Münasibətlərini aydınlaşdıra-aydınlaşdıra onlar Əhmədovun yaşadığı evin qarşısına çatıblar. Həsənovun təhqirlərindən hiddətlənən Qərib evə girərək, məişət-təsərrüfat təyinatlı bıçağı alıb, geri qayıdıb və onun döş qəfəsindən bir bıçaq zərbəsi endirib.
Məhkəmə prosesində Q.Əhmədov ittiham üzrə özünü təqsirli hesab edib. O, Həsənovu döş nahiyəsindən təsadüfən vurduğunu bildirərək, qeyd edib ki, məqsədi özünü müdafiə etmək olub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.  

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org