“Bine” qiymeti qaldirdi, alicilari yoxa cixdi – Foto


[r32]
– xeber –
Binə Ticarət Mərkəzində alıcı qıtlığı yaşanır. Mağazalar uzun müddətdir boşdur.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bir vaxtlar əhalinin xüsusilə geyim üçün ən çox üstünlük verdiyi Binə Ticarət Mərkəzinə gedənlərin sayı kəskin azalıb. Əvvəllər şəhərin mərkəzi ilə müqayisədə bu ticarət mərkəzində satılan geyimlərin qiymətində kəskin fərq olurdu. Məhz bu səbəbdən də geyim üçün ən ideal yer Binə Ticarət Mərkəzi hesab edilirdi.
Lakin son bir neçə aydır ki, sözügedən Ticarət Mərkəzində durğunluq hökm sürür. Satıcılar bildirib ki, alıcı yoxdur, əvvəlki kimi müştəri sıxlığı yaşanmır. Hətta həftə sonları alıcıların axınına məruz qalan bu ticarət mərkəzində indi bir çox mağaza bağlanıb.
Səbəb isə Binədəki geyim mağazalarının qiymətləri yüksətməsi, geyimləri şəhərin mərkəzi mağazaları ilə təxminən eyni qiymətə təqdim etməsdir. Bu da olduqca uzaqda yerləşən Binə Ticarət Mərkzini alıcısız qoyub. Əvvəl ucuz geyim üçün bu mərkəzə üstünlük verən alıcı həmin qiymətə daha yaxından, şəhərin mərkəzindən geyim alır.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org