Bezi rayonlarda surusme gozlenilir

12:43 – xeber – Qarın əriməsi daha çox Azərbaycanın rayonlarında fəsadların yaranmasına və burada sürüşmə sahələrinin yenidən aktivləşməsinə səbəb olacaq.
 
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.
 
Onun sözlərinə görə, Şamaxı-Muğanlı-İsmayıllı yolunda, Lənkəran-Lerik yolunda və Quba, Qusar, Şabran zonasındakı sürüşmə zonalarında aktivləşmələrin baş verəcəyinə artıq əsas var: “Süxurlarda rütubətlilik artdıqda onlar gərilmə dərəcəsini keçirlər. Onların bir-birinə ilişkənliyi pozulur və sürüşmə aktivləşir. Qarın əriməsi mütləq orada fəsadlar yaratmalıdır”.
 
E.Əlizadə bildirib ki, hazırda Bakıda aktivləşən əsas sürüşmə sahələri Zığ sürüşmə zonasında və Abşeron rayonunun Masazır qəsəbəsindədir.
 
Direktor müavininin sözlərinə görə, son günlərdə Köhnə Günəşli qəsəbəsindəki Kərpic zavodunun ətrafında olan uçurum sahəsində də qismən akitvləşmə müşahidə edilir: “Bu ərazi əvvəllər də sürüşmə sahəsi hesab edilib. Biz yayda orada monitorinq aparmışdıq, sakitlik idi. Amma son günlərdə artıq orada da aktivləşmə müşahidə edilir”.
 
E.Əlizadə deyib ki, Şəhidlər xiyabanından Teleteatra tərəf olan hissədə də nisbi aktivləşmə var: “Şəhidlər xiyabanı tərəfdə ilk dəfə aktivləşmə baş vermir. Sadəcə olaraq, orada vəziyyət sabit olub, amma son vaxtlar orada nisbi hərəkət, yəni fəallaşma hiss olunur. Orada sürüşmə sahəsi hələ ki o qədər aktiv deyil. Bakı Teleteatrından “Gülüstan” sarayı istiqamətində istinad divarlarına yenidən baxış keçirmək lazımdır. Ola bilsin ki, istinad divarlarında nə isə problem yaranıb”.
 
O, qeyd edib ki, sürüşmələrin aktivləşməsi ərazilərdəki süxurlarda rütubətliliyin artması ilə əlaqədardır: “Süxurlar artıq doyma həddinə yaxınlaşıb, belə olanda da onlar məhlula çevrilir. Bu o deməkdir ki, onların artıq sürüşən kütləsi artıb”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org