Bezi dovlet qurumlarinda Emek Mecellesine ciddi emel edilmir

29 Dekabr 2015 15:53 – xeber –
Olkem.az xəbər verir ki, Milli Məclisin bugünkü iclasında Əmək Məcəlləsinə dəyişikliklər edilməsi məsələsi müzakirə edilib. İclasda çıxış edən parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov çıxışında bəzi dövlət qurumlarında Əmək Məcəlləsinə ciddi əməl edilmədiyini deyib:
"Bu yaxınlarda bir neçə böyük dövlət qurumunda, o cümlədən "Azəriqaz" Açıq Səhmdar Cəmiyyətində müəyyən ixtisarlar aparılıb. Təbii ki, biz bunu başa düşürük, müəyyən optimallaşma var. Amma bunun adını qoyub belə deyirlər ki, guya attestasiya keçirilir, iş həcmi azalır, insanların müəyyən problemləri olur və bu baxımdan optimallaşdıraraq yeni iş yerləri açılmır, əksinə, olan iş yerləri də bağlanır. Təbii ki, müəyyən iqtisadi qanunlar var və proses buna uyğun keçirilir. Məsələ nədən ibarətdir? Səbail rayonunda çilingər vəzifəsində işləyən şəxs həmin cəmiyyətin üzvi olaraq attestasiyadan keçirilir və deyilir ki, neçə il bundan öncə işləmisiniz və artıq bu işə uyğun deyilsiniz. Axı çilingərin təkmilləşdirməyə bu qədər ehtiyacı yoxdur".
Deputat təklif edib ki, müvafiq dövlət qurumlarının Əmək Məcəlləsinə əməl edilməsinə ciddi nəzarət olunmasını təklif edib:
"Belə bir zamanda əksinə, orta təbəqəyə daha çox dəstək olmalıyıq. Çalışdım ki, məsələni bura çıxarmayaraq diplomatik vasitəsilərlə həllinə nail olum. Nəyə görə çilingər vəzifəsində çalışan, çox da yüksək maaş almayan bir şəxs attestasiya olunaraq, işdən çıxarılmalıdır? Bir çox dövlət qurumlarıda belə problemlər baş verir. Ona görə Əli müəllimə də bu məsələ ilə bağlı müraciət edəcəyəm ki, Əmək Məcəlləsinə əməl edilməsinə çox ciddi nəzarət edilsin. İndiki məqamda belə insanlara biz daha diqqətlə yanaşmalıyıq. Bizim dövlət qurumlarının nümayəndələri, xüsusilə çox fəhləsi olan qurumlar, bu məsələlərdə diqqətli olmalıdırlar. Biz bu gün hamımız çalışmalıyıq ki, fəhlə sinfi iqtisadi böhran keçirməsin".
İlkin İzzət

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org