Beynelxalq QHT qrupu: “Konstitusiyaya duzelisler…”

17:10 – xeber – Bazar ertəsi, 26 sentyabrda Azərbaycan Respublikasında keçirilmiş Konstitusiya referendumu ölkənin siyasi sabitliyinin yeni zəmanətidir.
 
Bu haqda Axar.az-a Beynəlxalq QHT-lər qrupu üzvlərinin göndərdiyi prezss-relizdə deyilir.
 
Mətbuat üçün yayılan açıqlamada bildirilir ki, Azərbaycan vətəndaşlarının səsverməsinə təqdim edilmiş Konstitusiyaya düzəlişlər azadlıqları gücləndirəcək və demokratiyanı müdafiə edəcək:
 
“Bu düzəlişlər hər hansı hakimiyyət boşluğunun qarşısını alaraq, ölkə institutlarının sabitliyini təmin edəcək. Türkiyədə baş vermiş son hadisələri nəzərə alsaq, bu, həyati əhəmiyyət kəsb edən məsələdir.
 
Beləliklə, biz Konstitusiya referendumunun nəticələrini olduqca diqqət mərkəzində saxlayırıq. Avropa İttifaqının tərəfdaş dövlətində siyasi sabitlik və vətəndaşların azadlıqlarının qorunması beynəlxalq əlaqələrin inkişafının mühüm zəmanətidir.
 
Komandamız 49 səsvermə məntəqəsində müşahidə apardı və 5 məntəqədə səslərin sayılmasını izlədi.
 
Səsvermənin yüksək səviyyədə keçdiyini müşahidə etdik, səslərin sayılması prosesində qanun pozuntularının şahidi olmadıq, bu isə prosesin Azərbaycan vətəndaşlarının gözləntilərinə cavab verdiyinin aydın göstəricisidir.
 
Biz eyni zamanda Konstitusiya referendumu günü ərzində ölkədə mühitin dinc və sakit olduğunu müşahidə etdik.
 
ASKTM komandamızın missiyası ilə əməkdaşlığa görə İnsanlar Arasında Əməkdaşlığın Yenilənməsi Alyansına (Belçika) təşəkkür edir”.
 
Qeyd edək ki, Beynəlxalq QHT-lər qrupuna bu üzvlər daxildir: Villiam Racimora (Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi), Belçika, Bourdouks Gilis (Polis üzrə araşdırma mərkəzi, Belçika).

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org