Beynelxalq Bank xerclerini azaldir

13:04 – xeber – Azərbaycan Beynəlxalq Bankının (ABB) yeni elektron şöbəsi Bankın filialların saxlanmasına çəkdiyi xərcləri azaldacaq.
 
Report xəbər verir ki, bunu ABB-nin İdarə Heyətinin sədr müavini Elmir Həbibullayev deyib.
 
"Hazırda bu şöbə ilə filiallarda göstərilən xidmətlərin 90%-ni əhatə etmək mümkündür. Düşünürəm ki, elektron şöbələrin sayını artırmaqla biz filialların saxlanılması kimi inzibati xərclərə qənaət etmiş olacağıq", – o, qeyd edib.
 
Bank rəsmisinin sözlərinə görə, gələcəkdə ABB-nin bəzi filial və şöbələrinin elektron şöbələrlə əvəz edilməsi nəzərdə tutulur:
 
"Elə filial və şöbələr var ki, onların saxlanma xərcləri çoxdur. Buna görə də planımızda var ki, belə filial və şöbələri elektron şöbələrlə əvəz edək. Təbii ki, bu, bütün filial və şöbələrə aid deyil".
 
E.Həbibullayev təmsil etdiyi maliyyə qurumunun müştərilərinin sayını da açıqlayıb və bu rəqəmin 2 milyona çatdığını bildirib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org