Beynelxalq Bank 1 milyard ziyan etdi

13:42 – xeber – Azərbaycan Beynəlxalq Bankı (ABB) 2015-ci ili 823,6 mln. manat həcmində zərərlə başa vurub. Əvvəlki ili isə Bank 14,363 mln. manat mənfəətlə yekunlaşdırıb.
 
Report-un verdiyi xəbərə görə, ABB-nin mənfəət vergisindən əvvəlki zərəri – 1 013,955 mln. manat təşkil edib. Əvvəlki ildə ABB-nin vergidən əvvəlki mənfəəti 33,433 mln. manat olub.
 
Ötən il ABB-nin faiz gəliri 8,26% azalaraq 606,716 mln. manat təşkil edib. Faiz xərcləri isə 30,77% artaraq 490,065 mln. manata çatıb. Nəticədə Bankın faiz mənfətti 116,651 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 59,3% azalma deməkdir. Dəyərsizləşmə üzrə ehtiyatlardan sonra xalis faiz zərəri – 905,55 mln. manata bərabər olub. Halbuki 2014-cü ildə bu göstərici müsbət 79,076 mln. manat olub.
 
Qeyd edək ki, ABB-nin aktivləri illik müqayisədə 48,5% artaraq 2016-cı il yanvarın 1-nə 13 657,275 mln. manata çatıb. Aktivlərin tərkibində müştərilərə verilmiş kreditlərin həcmi 5 635,583 mln. manat təşkil edib. Bu da öz növbəsində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28,3% azdır.
 
Bankın səhmdar kapitalı 8,66% artaraq cari ilin əvvəlinə 641,287 mln. manata çatıb. Bölüşdürülməmiş zərəri 744,75 mln. manat olub. Əvvəlki ilin müvafiq dövründə Bankın bölüşdürülməmiş mənfəəti 65,67 mln. manat təşkil edib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org