Berluskoninin cerrahi Bakida emeliyyat aparib

12:33 – xeber – İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin ürəyində iki gün öncə aparılan mürəkkəb əməliyyat heç bir fəsad olmadan uğurla tamamlanıb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə əməliyyata rəhbərlik edən kardiocərrah Ottavio Alfieri məlumat verib. Milan şəhərinin San Raffaelo klinikasında 4 saaat davam edən əməliyyat zamanı 79 yaşlı Berluskoninin ürəyinin aorta qapağı dəyişdirilib.
 
“Nəzərdə tutduğumuz vaxtda həyata keçirilən əməliyyat müvəffəqiyyətlə, heç bir ağırlaşma olmadan başa çatdı. Hazırda xəstə intensiv terapiya şöbəsində yerləşdirilib və biz onun ayılmağını gözləyirik”, – Ottavio Alfieri əməliyyatdan sonra jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bəyan edib.
 
Tibb sahəsində çətin və mürəkkəb hesab edilən əməliyyatın icra olunduğu San Rafaello xəstəxanası artıq 10 ildir ki, Mərkəzi Neftçilər Xəstəxanası (MNX) ilə yaxından əməkdaşlıq edir. San Raffaelo xəstəxanasının həkimləri dəfələrlə MNX-nın Ürək və Damar Xəstəlikləri Mərkəzininin qonağı olmaqla, öz təcrübələrini həmkarları ilə bölüşüblər. Məşhur ürək cərrahı Ottavio Alfieri özü də bir neçə dəfə Mərkəzi Neftçilər Xəstəxanasında olub və burada keçirilən beynəlxalq konfranslarda ürək-damar cərrahiyyəsi sahəsində tətbiq olunan innovativ yeniliklər barədə maraqlı açıqlamalar verib. Bununla yanaşı, Ottavio Alfierinin də daxil olduğu həkim heyəti azərbaycanlı həmkarları ilə birlikdə Bakı şəhərində 350-dən çox mürəkkəb ürək əməliyyatını uğurla icra edib.
 
Ürək və Damar Xəstəlikləri Mərkəzinə rəhbərlik edən Milli Məclisin üzvü, tibb elmləri doktoru, Rəşad Mahmudov bildirib ki, azərbaycanlı ürək cərrahları da mütəmadi olaraq İtaliyanın Milan şəhərində yerləşən San Raffaelo xəstəxanasında təcrübə mübadiləsi keçirlər. Ürək-damar cərrahiyyəsi sahəsində əldə olunan ən son nailiyyətlərlə yaxından tanış olmaq, cərrahiyyə əməliyyatlarında birbaşa iştirak etmək yerli kardiocərrahlarımızın daha da püxtələşməsində mühüm rol oynayır.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org