Belqradda "Cumhuriyyet gunu"nde Qarabag… – Foto

– xeber – Serbiyanın paytaxtı Belqrad şəhərindəki “Hyatt Regency” otelində 28 May – Respublika günü münasibətilə rəsmi qəbul təşkil edilib. 

 

Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, tədbirdə Serbiya parlamentinin sədri xanım Maya Qoykoviç, ölkənin müdafiə naziri Zoran Corceviç, digər yüksək rütbəli dövlət və hökumət rəsmiləri, deputatlar, siyasi partiyaların rəhbərləri, elm, incəsənət və din xadimləri, diplomatik korpusun nümayəndələri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri və üzvləri, şəhərdə yaşayan, çalışan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

 

Tədbirdə Azərbaycan və Serbiyanın dövlət himnləri səsləndirilib.

 

Mərasimdə ölkəmizin Serbiyadakı səfiri Eldar Həsənov çıxış edərək 98 il bundan əvvəl Şərqdə, bütün müsəlman dünyasında ilk demokratik parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından və tarixindən söz açıb.

 

Diplomat təəssüf hissi ilə bildirib ki, bu dövlətin mövcudluğuna bolşeviklərin XI Qırmızı Ordusunun işğalı nəticəsində son qoyulub. O, tədbir iştirakçılarına xalqımızın uzun illər apardığı milli azadlıq mübarizəsi və SSRİ-nin dağılması nəticəsində yenidən yaradılan və bu gün böyük uğurla inkişaf edən müstəqil Azərbaycan dövlətinin inkişafından söz açıb.

 

Səfir tədbir iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən əzəli və əbədi Azərbaycan torpağı olan ərazilərimizin – Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonumuzun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması və bu münaqişə nəticəsində 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi barədə məlumat verib. Bildirib ki, münaqişə ilə bağlı BMT TŞ-nin qəbil etdiyi dörd qətnamə hələ də yerinə yetirilməyib. Diplomat Ermənistan tərəfinin eyni zamanda ATƏT, AŞ və digər nüfuzlu təşkilatların da münaqişə ilə bağlı qəbul etdikləri qətnamə və sənədlərə məhəl qoymadığını, lakin bütün bunlara baxmayaraq Azərbaycan dövlətinin münaqişənin beynəlxalq hüquq norma və prinsipləri əsasında – ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunacağına inandığını bildirib.

 

E.Həsənov hazırda dünyada məskunlaşmış milyonlarla azərbaycanlıların tarixi vətəni olan Azərbaycanın bu il həmçinin dövlət müstəqilliyinin bərpasının 25 illiyini böyük qürur və sevinc hissi ilə qeyd etdiyini vurğulayaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə hər bir sahədə sürətli inkişafın müşahidə edildiyini, demokratik islahatlar, eləcə də irimiqyaslı enerji və nəqliyyat dəhlizi layihələrinin həyata keçirildiyini, Azərbaycanın müstəqil siyasət yürüdərək dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrildiyini və beynəlxalq aləmdə etibarlı tərəfdaş ölkə kimi tanındığını bildirib.

 

Azərbaycanın Serbiyadakı səfiri Prezidentinin Sərəncamı ilə bu ilin Azərbaycanda “Multikultralizm ili” elan edildiyini tədbir iştirakçılarının diqqətinə çatdıraraq, tarixi İpək Yolu üzərində yerləşən ölkəmizin müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanındığını, 2014-cü ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasının müasir dövrdə ökəmizdə həyata keçirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsi olduğunu, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun bu ilin aprel ayında Bakı şəhərində keçirilməsinin də dünya dövlətlərinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsi olduğunu bildirib.

 

E.Həsənov tədbir iştirakçılarına Azərbaycan-Serbiya əməkdaşlığının inkişafı barədə məlumat verərək, iki ölkənin liderləri də daxil olmaqla müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərin ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə öz mühüm töhfəsini verdiyini bildirib, eyni zamanda Serbiya xalqını cari il aprelin 24-də keçirilmiş növbəti parlament seçkiləri münasibətilə təbrik edərək, bu ölkənin yeni parlamentinə və yeni hökumətinə uğurlar arzulayıb.

 

Tədbir Azərbaycanın tarixi, mədəniyyəti, ölkəmizin gündəlik həyatını, müstəqilliyin bərpasından sonra əldə edilmiş uğurları əks etdirən filmin, eləcə də milli rəqslərimizin ifası ilə davam etdirilib.

 

Mərasimin keçirildiyi zalın foyesində “Gəncə – Avropa gənclərinin paytaxtı 2016” layihəsi çərçivəsində Azərbaycanda səfərdə olmuş serbiyalı fotoqraf Emir Mafke Vrajalitsanın ölkəmizdə çəkdiyi fotoşəkillərdən ibarət sərgi açılıb.

 

İştirakçılara, həmçinin Azərbaycanla bağlı materiallar, o cümlədən Heydər Əliyev Fondu və Xarici İşlər Nazirliyi tərəfindən göndərilmiş kitab və jurnallar, eləcə də səfirlik tərəfindən serb dilinə tərcümə edilmiş görkəmli ədiblərimizin əsərləri hədiyyə edilib.

 

Tədbir Serbiya KİV-lərində işıqlandırılıb.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org