Belediyyeleri inkisaf etdirecek formul

13:33 – xeber – İlk Bələdiyyə seçkilərinin keçirilməsindən bizi 16 ilə yaxın vaxt ayırır. Yerli özünüidarəçilik təcrübəsi 100 illərlə olan xarici ölkə bələdiyyələri ilə müqayisədə 16 il uzun müddət olmasa da, bələdiyyələrin təşkilatlanması və inkişaf edə bilməsi baxımından az müddət deyil. 
 
Təəssüf ki, bu gün Azərbaycan cəmiyyətinin nəzərində bələdiyyə deyərkən yol çəkən, təmizlik və abadlıq işləri aparmalı olan qurum obrazı formalaşıb. Halbuki, bələdiyyə orqanları yerli iqtisadi inkişaf proqramlarının qəbulu və icrası kimi geniş fəaliyyət sahəsinə malikdirlər. 
 
Bütövlükdə, bələdiyyələrin fəaliyyəti analiz edildikdə bu qənaətə gəlmək olur ki, artıq bələdiyyələrin keyfiyyətcə yeni iqtisadi formasiyaya qədəm qoyma vaxtı gəlib. Gəlirlərinin əsas hissəsini torpaq alğı-satqısı və yerli vergilərdən daxil olmalar təşkil edən bələdiyyələr əllərində olan geniş imkanlardan səmərəli istifadə etməyə nail olsalar, büdcə gəlirlərinin həcmini əhəmiyyətli dərəcədə yüksəldə bilərlər. 
 
Yeni mərhələdə bələdiyyə idarəetməsində müasir texnologiyalar mənimsənilməli, yeni maliyyə qaynaqları əldə edilməli və bələdiyyələrin təkmilləşməsi istiqamətində tədbirlər görülməlidir.
Bütün bunları həyata keçirmək üçün bələdiyyələrin qarşısında həll edilməsi vacib olan 4 məsələ durur: 
 
1. Peşəkar kadr potensialının formalaşması
2. Maddi resursların təmini
3. Beynəlxalq təcrübənin öyrənilməsi
4. Müasir idarəçilik qaydalarının tətbiqi
 
Bələdiyyələrin inkişafı yerli problemlərin həll tapması ilə yanaşı, həm də inkişaf etmiş bələdiyyə demokratik dəyərlərin meyarıdır, bələdiyyələr vətəndaş cəmiyyəti quruculuğunun göstəricisi və demokratiyanın ölçü vahididir. Bələdiyyələrin inkişafı yerli problemlərin həlli və ölkəmizin müsbət imici baxımından vacibdir. Amma inkişaf üçün təkcə maliyyənin təmini yetərli deyil. Bu reallıqdır ki, bələdiyyələrin maddi ehtiyacı təmin olunsa belə, əldə edilmiş vəsaitin idarə olunmasında müasir idarəçilik biliklərinə yiyələnmiş peşəkar kadrların yetişməsinə ehtiyac var. Yalnız peşəkar kadr potensialını formalaşdırdıqdan sonra bələdiyyələrin təkmilləşməsinə və iqtisadi cəhətdən inkişafına nail olmaq mümkündür.
 
Bələdiyyələrin yeni iqtisadi formasiya qədəm qoymaları üçün iqtisadi proqramlar qəbul edilməli, bələdiyyə mülkiyyətlərində olan torpaq sahələrində bələdiyyə təsərrüfatları yaradılmalı, kommersiya müəssisələri, idarə və təşkilatlar təşkil edilməlidir. 

Yeni iqtisadi formasiya təkcə bələdiyyələrin formalaşması demək deyil, bu proses həm də regionların dirçəlməsi, sakinlərin həyat səviyyəsinin yüksəlməsi və ölkəmizin sosial iqtisadi inkişafı baxımından önəmlidir. Nəzərə alsaq ki, bələdiyyələr tərəfindən yeni sənaye müəssisələrinin yaradılması ölkəmizdə yeni iş yerlərinin açılması və işsizlik səviyyəsinin aşağı düşməsi deməkdir, bu zaman bələdiyyələrin yeni iqtisadi formasiyaya qədəm qoymasının əhəmiyyəti aydın olur. Lakin  bələdiyyələrimizin bir çoxunun hazırki maddi durumu onların iqtisadi fəaliyyətlə məşğul olmalarına imkan vermir. 
 
Əslində, problem həll edilməz həddə deyil və bələdiyyələrin maliyyə problemlərini yeni maliyyə mənbələrinin əldə edilməsi hesabına həll etmək  mümkündür. Problemin mövcudluğu bütün cəmiyyətimizi narahat edəcək səviyyədə olması problemin həllində təkcə bələdiyyə nümayəndələri tərəfindən deyil, həmçinin dövlət qurumlarının, müstəqil iqtisadçıların, iqtisadi araşdırma mərkəzlərinin, ictimai birliklərin bələdiyyə gəlirlərinin artırılması və yeni maliyyə mənbələrinin əldə edilməsi istiqamətində xüsusi proqram və təkliflərin irəli sürülməsinə bələdiyyələrin ehtiyac var.
 
Bələdiyyələrin maliyyə mənbələri əsəsən sabit gəlirlər (vergilər) və kommersiya xarakterli mənbələr olaraq iki kateqoriyaya bölünür. Bu gəlirləri aşağıdakı mənbələrdən formalaşdırmaq olar:
 
1. Bank kreditlərinin verilməsi:
 
Maliyyə yetərsizliyi səbəbindən iqtisadi fəaliyyətlə məşğul olması mümkün olmadığından bələdiyyələrin biznes layihələrinə kreditlər ayırmaqla problemini həll etmək mümkündür. Bələdiyyə kreditlərinin ayrılması aşağıdakı formalarda mümkündür.
 
– Banklar tərəfindən bələdiyyələrə  münasib şərtlərlə xüsusi kredit paketləri təklif olunsun.
– Bələdiyyə kreditləri verən xüsusi bank yaradılsın.
– Banklardan biri sırf bələdiyyə kreditləri üzrə ixtisaslaşsın.
– Dövlət tərəfindən bələdiyyələrin götürdükləri kreditlər sığortalanaraq zəmanət verilsin.
 
2. Kredit verən və yaxud qrant ayıran fondun yaradılması: 
 
Bələdiyyələrin iqtisadi fəaliyyətlərinə dəstək olmaq və təşviq etmək məqsədilə dövlət tərəfindən xüsusi fondun təsis edilməsi zərurəti yaranıb. Belə bir fondun yaranması bələdiyyələrin uğurlu layihələrinin kreditlər və yaxud qrantlar vasitəsilə maaliyyələşməsini təmin edə bilər.
 
3. Hüquqi şəxslər yaratmaqla: 
 
Qanuna uyğun olaraq bələdiyyələr təsərrüfat fəaliyyəti ilə və qanunvericiliklə qadağan edilməmiş başqa fəaliyyətlə məşğul olmaq üçün müstəqil hüquqi şəxslər, MMC-lər və digər müəssisələr təsis etməklə biznes sektoruna daxil ola bilərlər. MMC-lərin təsis edilməsi ilə bələdiyyələrin kreditləşmə probleminin arada qaldırılması mümkündür.
 
4. Bələdiyyələrin iqtisadi ittifaqları yaradıla bilər:
 
Bələdiyyələrin  öz fəaliyyətini əlaqələndirmək, hüquq və mənafelərini daha səmərəli həyata keçirmək məqsədilə ittifaqlar yaratmaq hüquqları qanunla tanınır. Bələdiyyələr iqtisadi fəaliyyətlərini daha səmərəli həyata keçirmək üçün iqtisadi ittifaqlara yaradaraq birlikdə hərəkət edə bilərlər. 
 
5. Bələdiyyələrin əməkdaşlığı:
 
Bələdiyyə ərazilərinin kompleks sosial-iqtisadi inkişafına nail olmaq üçün yerli bələdiyyələr arasında işgüzar əlaqələrin güclənməsinə çalışılmalıdır. Əlaqələrin qurulması və möhkəmlənməsində qanunla qadağan olunmayan bütün vasitə və metodlardan yararlanmaq lazımdır. İqtisadi fəaliyyətinin qurulması istiqamətində konfranslar keçirilməli və araşdırmalar aparılmalıdır.
 
6. Bələdiyyələrin şəhər, qəsəbə və kənd assosiasiyalarının rolu:
 
Azərbaycanda bütün şəhər, qəsəbə və kənd bələdiyyələrini özündə birləşdirən 3 milli bələdiyyə assosiasiyası yaradılıb. Bələdiyyələrin arasında əlaqələrin qurulmasında bu assosiasiyaların üzərinə mühüm vəzifə düşür.  Məsələn, böyük şəhər bələdiyyələri region bələdiyyələri ilə işgüzar münasibətlər quraraq bölgə bələdiyyələrinin təşkilatçılığı ilə kənd təsərrüfatı məhsullarının böyük şəhərlərə ixracı və yaxud şəhər bələdiyyələri tərəfindən bölgələrimizdə turizmin inkişafına yönəlik layihələr həyata keçirilə bilər. 
 
7. Beynəlxalq əlaqələrin qurulması: 
 
Bələdiyyələrin xarici ölkə bələdiyyələri ilə işgüzar əlaqələr quraraq ölkəmizə kapital qoyuluşu və yaxud birgə layihələrin həyata keçirilməsi qanuna zidd deyil. “Bələdiyyələrin Statusu haqqında Azərbaycan Respublikasının Qanuna” əsasən bələdiyyələr və bələdiyyələrin assosiasiyaları müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla xarici dövlətlərin yerli özünüidarəetmə orqanları ilə əməkdaşlıq haqqında müqavilələr bağlaya və yerli özünüidarəetmə orqanlarının ixtisaslaşdırılmış təşkilatlarına üzv ola bilərlər.
 
Qeyd edim ki, Azərbaycanda bir çox bələdiyyə 28 ölkənin 1103 bələdiyyəsini özündə birləşdirən “Türk Dünyası Bələdiyyələr Birliyinin” üzvüdür. Beynəlxalq təşkilat olan bu birliyin geniş imkanlarından istifadə etməklə bələdiyyələrimiz beynəlxalq aləmə çıxış əldə etmək imkanı qazanıblar. 
 
İkinci  nümunə, bələdiyyələrimizin xarici ölkə bələdiyyələri ilə qardaşlamış bələdiyyələr istiqamətində əlaqələrin qurulmasıdır. Qardaşlaşmış bələdiyyələr beynəlxalq əlaqələrin xüsusi formasıdır. Bələdiyyələrimizin bu əlaqələrdən yararlanaraq yeni maliyyə qaynaqları əldə etmək imkanları var.
 
8. Hüquqi şəxslərdən torpaq və əmlak vergisi:
 
Bələdiyyənin torpaq və əmlak vergisini bələdiyyə ərazisində yaşayan və fəaliyyət göstərən fiziki şəxslərin və fiziki sahibkarların torpaq və əmlak vergiləri təşkil edir. Hüquqi şəxslər bələdiyyənin ərazisində fəaliyyət göstərsələr də, torpaq və əmlak vergiləri bələdiyyə büdcəsinə ödənilmir. Yaxın gələcəkdə hüquqi şəxslərin torpaq və əmlak vergilərinin bələdiyyə büdcəsinə ödənilməsi təmin edilərsə, bələdiyyə gəlirlərinin nəzərə çarpacaq dərəcədə artmasına səbəb ola bilər.
 
9. Dövlətin, fiziki və hüquqi şəxslərin, maliyyə yardımları və qrantları:  
 
Qanunvericiliyə əsasən, bələdiyyə büdcəsinin formalaşmasında dövlət bələdiyyə mülkiyyətini müdafiə edir, subsidiyalar, kreditlər, qrantlar verir. Eyni zamanda bələdiyyələr layihələrinin maliyyələşdirilməsinə hüquqi və fiziki şəxslərin könüllü birdəfəlik ödənişlər cəlb etmək hüququna malikdir.

Hökməli bələdiyyəsinin sədr müavini
Fərman Salmanlı

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org