BDU-da Qurtulus Gunu qeyd edildi – Foto

16:09 – xeber – Bakı Dövlət Universitetində Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilib.
 
Universitetin mətbuat və informasiya şöbəsindən Axar.az-a bildiriblər ki,  müəllim-tələbə heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov Milli Qurtuluş Gününün qeyd edilməsinin əhəmiyyətindən bəhs edib.
 
Rektor ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə dövlət quruculuğu prosesinin başlanmasından, həmin dönəmdə ölkəni vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas edərək müstəqilliyi təmin etməsindən bəhs edib. H.Əliyevin müstəqil dövlətimizin möhkəmlənməsi və dünyada tanınması istiqamətində tarixi xidmətlərini vurğulayan rektor bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.
 
Milli Məclisin Regional məsələlər Komitəsinin sədri Arif Rəhimzadə isə bildirib ki, xalqın şüurunda Heydər Əliyev təkcə 70-80-ci illərdəki quruculuq fəaliyyəti ilə deyil, həm də blokada şəraitində yaşayan Naxçıvandakı gördüyü işlərlə Azərbaycanın gələcəyinə ümidlə baxmağa əsas yaradırdı. Hamı başa düşürdü ki, ölkəni bu fəlakətlərdən yalnız Heydər Əliyev xilas edə bilər və 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalıları ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etdilər. Arif Rəhimzadə onu da bildirb ki, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ilk növbədə Azərbaycan məhv olmaqdan, parçalanmaqdan xilas oldu.
 
Çıxış edən Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov ulu öndərin tarixi xidmətlərindən, dövlətçilik və azərbaycançılıq ideyasından danışıb. Deputat bildirib ki, Heydər Əliyevin çox böyük nüfuzu və insanları öz arxasınca aparmaq bacarığı sayəsində Azərbaycanın başı üstünü almış təhlükələr aradan qaldırıldı. 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org