BDU-da 172 meruze uzre konfrans kecirildi – Foto

17:17 – xeber – Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “Heydər Əliyev və Azərbaycanda  hüquqi dövlət quruсuluğu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbiri giriş sözü ilə açan BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə ümummilli liderin tarixi xidmətləri və ölkəmizin hüquqi dövlət quruculuğu istiqamətində gördüyü işlərdən bəhs edib.
 
BDU-da keçirilən beynəlxalq konfransların əhəmiyyətindən danışan prorektor Aydın Kazımzadə belə tədbirlərin universitetin beynəlxalq əlaqələrinə, o cümlədən elmin və təhsilin inkişafına müsbət təsirini qeyd edib.
 
Hüquq fakültəsinin dekanı, professor  Əmir Əliyevin konfrans barədə ətraflı məlumatından sonra Ukrayna Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Vladimir Denisov, Ukrayna Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Oleq Zayçuk, professorlar – Kamil Səlimov, Leonid Timçenko, Yuriy Burilon, Əmir Əliyevin və dosent Turqay Hüseynovun məruzələri dinlənilib. Konfrans öz işini “İnsan hüquqları”, “Dövlət və hüquq nəzəriyyəsi  və tarixi, konstitusiya hüququ”, “Beynəlxalq hüquq”, “Cinayət hüququ, cinayət prosesi,  kriminalistika və məhkəmə ekspertizası”,  “Mülki hüquq, mülki proses və kommersiya hüququ,  əmək və ekologiya hüququ” bölmələrində davam etdirib. Bölmələrdə ümumilikdə 172 məruzə dinlənilib. 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org