“Bayildan bayira” hebsxana sirlerini acdi – Foto


[r32]
– xeber –
Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şair, yazıçı Faiq Balabəylinin “Bayıldan Bayıra” kitabının təqdimat mərasimi keçirilib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, mərasimdə tanınmış yazıçılar, şairlər, oxucular və media nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan şair İlqar Fəhmi Faiq Balabəylinin yaradıcılığından danışıb və “Bayıldan Bayır”a kitabının qəribə enerjisi olduğunu deyib:
“Kitabda nə qədər ağrılı şeylərdən bəhs olunsa da, bu, oxucuya mənfi enerji ötürmür. Yəni fərdin ağrılarını oxucu hiss etmir. Faiq müəllim bunu çox ustalıqla işləyib”.
Daha sonra söz alan xalq şairi Sabir Rüstəmxanlı və tanınmış yazıçı Seyran Səxavət müəllifin həssaslığından, müşahidə qabiliyyətindən, şeirdən nəsrə keçməsindən söz açıb.
Əməkdar artist Şövqi Hüseynov da Faiq Balabəylini təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb.
Şair Bilal Alarlı “Bu kitabda yazılanları tam dərk etmək üçün həmin hadisələri yaşamaq lazımdır. Mən də bu həyatı iki il yaşamışam. Buna görə də kitabı tamamilə dərk edirəm. Faiq bəy həbsxana həyatının bütün cizgilərini ustalıqla əks etdirib”, – deyib.
Şair Kəmaləddin Qədim müəllifin yazı dilinin axıcılığını, rəvanlığını vurğulayıb.
Tədbir zamanı 46 nörməli məktəbin şagirdləri Faiq Balabəylinin şeirlərini səsləndiriblər.
Mərasim şair və yazıçıların çıxışları ilə davam edib. Sonda Faiq Balabəyli kitablarını imzalayıb.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org