BAXCP-den referendum aciqlamasi

16:47 – xeber – Azərbaycan Konstitusiyasına dəyişiklərlə bağlı sentyabrın 26-da keçirilən referendum tam legitimdir və Azərbaycan xalqının iradəsini ifadə edir.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı partiyanın referendum münasibəti barədə danışarkən deyib.
 
Onun sözlərinə görə, BAXCP seçki məntəqələrində minlərlə nümayəndə ilə təmsil olunur:
 
“Məntələrdə yaranmış seçki növbəsini özümün 50 min izləyicisi olan Feysbuk səhifəmdə də yaymışdım. Son parlament seçkilərində deputatlığa namizəd olmuşam və 26 sentyabrda olan seçki aktivliyi o zaman müşahidə edilməmişdi. Demək olar ki, seçkiyə bütün təbəqənin nümayəndələri qatılırdı”.
 
Niyaməddin Orduxanlı radikal müxalifətin seçki ilə bağlı verdiyi bəyanata da münasibət bildirib:
 
“Bu, gözlənilən idi. Radikal müxalifət 23 ildir ki, inkarlıq siyasətini aparır. Bütün rənglərə qara deyir. Seçki ilə bağlı özlərinin mətbuat orqanlarında da bir neçə video yayıblar. Həmin videolarda qanun pozuntuları görünür. Bütün bunları Mərkəzi Seçki Komissiyası tərəfindən araşdırılır və baş vermiş neqativ hadisəyə rəsmi münasibət bildiriləcək. Ancaq əlbəttə ki, bir neçə qanun pozuntusu bütövlükdə seçki prosesinə heç bir təsir edə bilməz. Seçki çox yüksək səviyyədə keçirildi. Bunları beynəlxalq müşahidəcilər də öz bəyanatlarında səsləndirdi. Radikal müxalifətin verdiyi bəyanatın heç bir əhəmiyyəti yoxdur“.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org