“Basqasinin arvadini goturub qacdigi ucun…”

08:00 – xeber – Dünya ədəbiyyatında Raskolnikov, Don Kixot, JanValjan, AnnaKareninakimi bitkin roman qəhrəmanları var. Bəs Azərbaycan ədəbiyyatında hansı bitkin roman qəhrəmanlarının adını çəkə bilərsiniz?
 
Axar.az bu sualla ədəbiyyat adamlarına müraciət edib.
 
Tənqidçi Əsəd Cahangirin fikrincə, İsa Muğannanın “İdeal” əsərindəki Sultan Əmirli bitkin qəhrəmandır:
 
“İsa Muğannanın “İdeal”ında Sultan Əmirli obrazını fikirləşirəm. Dərin intellekt, dözüm, ağıl, Yer üzündə həqiqətin təntənəsi naminə fədakarlıq göstərmək, hətta  şəxsi həyatını belə bu işə qurban vermək və sair cəhətləri ilə o idealdır. Romanın “İdeal”adlanmasının bir səbəbi də budur. Müəyyən qədər JanValjan obrazına bənzəyir. Amma JanValjandan daha nəhəngdir”.
 
RəbiqəNazimqızı Azərbaycan ədəbiyyatında kifayət qədər bitkin roman qəhrəmanının yaradıldığını düşünür:
 
“Nizaminin bütün qəhrəmanları, Füzulinin Leylisi, Məcnunu, İsmayıl Şıxlının Cahandar ağası, Rus Əhmədi, Şamxalı, Əşrəfi –“Dəli Kür”dəki qəhrəmanların əksəriyyəti, İsa Muğannanın Səməd, Mədəd Əmirliləri və s. Sonuncular dünya miqyasında tanınmasalar da, biz uşaqlıqda bu qəhrəmanlarla nəfəs almışıq. Düşünürəm ki, kifayət qədər bitkin obrazlar yaradılıb. Ancaq balaca ölkəyik, dil baryeri, tərcümə problemi var deyə, tanınmır”.
 
Şair Aqşin Yenisey bitkin obraz kimi Şamo Arifin “Qınamayın məni” romanındakı Kəlbikəhər obrazının adını çəkib:
 
“Məncə, ədəbiyyatımızdakı ən bitkin obraz Şamo Arifin “Qınamayın məni” romanındakı Kəlbikəhər obrazıdır. Yerdə qalan obrazlarımızla biz dünya ədəbiyyatında gördüyümüz boşluqları doldurmuşuq. Mənə elə gəlir ki, bizim digər ədəbi qəhrəmanlardan fərqli olaraq, Kəlbikəhər həm də öz psixologiyası olan obrazdır, yəni onun xarakteri təkcə yazıçı təsvirindən ibarət deyil. Siz yəqin ki, obrazın bütövlüyü dedikdə, doğumundan ölümünə qədər olan dövrü nəzərdə tutursunuz. Kəlbikəhər isə xronologiya deyil, taledir”.
 
AlpayAzər “Dəli Kür” romanındakı Cahandar ağa obrazını daha çox bəyənir:
 
“İlk ağlıma gələn – “Dəli Kür” romanındakı Cahandar ağa obrazıdır. “Çaldıran döyüşü” əsərindəki Şah İsmayıl obrazı da həmçinin. Cahandar iradəli, sərt, prinsiplərə görə yeri gələndə oğlundan imtina etməyi bacaran bir obraz kimi yaxşı işlənilib. Hərçənd başqasının arvadını oğurladığına görə bu obraza münasibətim birmənalı deyil. Amma istənilən halda İsmayıl Şıxlı yaddaqalan obraz yarada bilib”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org