Bas Prokurorlugun numayendesi Strasburqda

22:47 – xeber – Strasburqda Avropa Şurasının Kibercinayətkarlıq üzrə Konvensiya Komitəsinin (TC-Y) 15-ci plenar iclası keçirilib.
 
Axar.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda Avropa Şurasına üzv ölkələrin, “Kibercinayətkarlıq haqqında” Budapeşt Konvensiyasına tərəfdar çıxmış 70-dən artıq dövlətin və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
 
Tədbirdə komitənin icraçı katibi Aleksandr Seger və müavini Kristina Şulman məruzə ilə çıxış edərək beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi vasitəsilə cəmiyyəti kibercinayətkarlıqdan qorumağa yönəlmiş cinayət hüququ sahəsində ümumi siyasətin prioritet qaydada aparılmasının zəruriliyi barədə ətraflı məlumat veriblər. Bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanıb, informasiyaların qorunması və mübadiləsi, hüquqi yardım haqqında istintaq sorğularının icrası, ekstradisiya məsələləri və s. müzakirə edilib.
 
Tədbirdə Azərbaycan Respublikası Baş Prokurorluğunu təmsil edən Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanov kibercinayətkarlıqla mübarizə sahəsində ölkəmizdə həyata keçirilən işlər, o cümlədən konvensiyadan irəli gələn və milli qanunvericiliyə inkorporasiya edilmiş müddəalar haqqında ətraflı məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.
 
İclasda, həmçinin hüquqi yardımın göstərilməsi ilə bağlı tətbiq olunması planlaşdırılan vahid formalarla bağlı təkliflər irəli sürülüb.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org