Bas nazirden muharibe xeberdarligi

11:10 – xeber – Türkiyə beynəlxalq razılaşmalara üstünlük verir. Lakin lazım gələrsə, Suriyaya quru qoşunları yeridəcəyik.
 
ANS-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu “Əl Cəzirə” telekanalına müsahibəsində deyib.
 
Baş nazir bildirib ki, özünü müdafiə etmək üçün Türkiyə istər daxildə, istərsə də xaricdə hər cür tədbir görməyə hazırdır.
 
Son günlər Suriya ərazisindən Türkiyənin Kilis və Urfa vilayətlərinə raket mərmilərinin atılmasını şərh edən Davudoğlu bildirib ki, Kilisə raket atanlar İŞİD terror qruplaşmasıdırsa və bu əməllərinə davam edərlərsə, onları hədəfə alacaqlar.
 
“Bizim siyasətimiz hər zaman konkret olub: diplomatiya yolu ilə Suriya böhranını həll etmək. Əsədin leqallığını əsla qəbul etməyəcəyik. Çünki o, hələ də xalqını öldürməyə davam edir, 3 milyon suriyalını Türkiyəyə keçməsinə məcbur edib. Dolayısı ilə belə bir hökumətin leqallığından söhbət gedə bilməz.
 
Əslində heç bir ölkə Türkiyə qədər İŞİD-lə mübarizə aparmayıb. İŞİD-in sərhədlərimizdə olmasını istəmirik. Suriyanın müxalif qüvvələrini İŞİD-ə qarşı mübarizədə dəstəkləyəcəyik. Hərbi dəstək bundan sonra da davam edəcək”, – Baş nazir bildirib.
 
Davudoğlu jurnalistin “Beynəlxalq dəstək olmasa belə Suriyaya quru qoşunları göndərəcəksinizmi” sualını belə cavablandırıb:
 
“Əslində Birləşmiş Millətlər Təşkilatının İŞİD-lə mübarizəyə dair çox sayda qərarı var. Dolayısı ilə istər özünü müdafiə, istərsə də İŞİD və ya digər terror qruplaşmaları ilə mübarizə aparmaqda bu qərarlar bizi dəstəkləyir. Ancaq biz yenə də beynəlxaq razılaşmalara üstünlük veririk. Çünki İŞİD bütün dünyanı maraqlandıran məsələdir.”
 
“Əl Cəzirə” müxbiri növbəti sualını Rusiya ilə bağlayıb. O deyib ki, Türkiyə Suriyadakı Türkmən bölgələrinə girərsə, Rusiya buna qarşı çıxacaq. Rusiya Türkiyə qüvvələrini havadan vura bilərmi?
 
“Bu ssenari doğru deyil. Bu torpaq rus torpağı deyil. Rusiya BMT-nin daimi üzvlərindən biridir. Bir az əvvəl dediyim kimi BMT-nin İŞİD-lə mübarizəyə dair qərarları var. Burada əsas məsələ torpaqlarımızın təhdid altında olmasıdır. Biz Rusiya daxil heç bir ölkəni qarşımıza almaq istəmirik. Ancaq söhbət milli təhlükəsizliyimizdən gedəndə lazım olan hər cür tədbiri görəcəyik. Burada İŞİD-in təhdidi ilə qarşı-qarşıya olan Rusiya deyil, Türkiyədir”. 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org