Bas nazir Kataloniya seckilerinden razi qaldi


[r32]
– xeber –
İspaniyanın Baş naziri Mariano Rahoy Kataloniyada parlament seçkilərinin uğurlu keçdiyini bildirib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Rahoy, həmçinin regionda separatçıların mövqeyinin zəiflədiyini qeyd edib. “Seçkilər lazımi qaydada, qanun çərçivəsində və seçki hüququ tam qorunmaqla keçirilib”, – deyə baş nazir bildirib.
Seçkilərdə həm mandat, həm də səs sayına görə üstünlük qazanan “Vətəndaşlar” partiyasının Kataloniya şöbəsinin başçısı İnes Arrimadası qələbə münasibəti ilə təbrik edən Rahoy deyib: “Separatçılar, bizim gözlədiyimizdən zəif də olsa, dəstəklərini itirirlər”.
Xatırladaq ki, bülletenlərin 99,89 faizi hesablandıqdan sonra alınan nəticələrə əsasən, Kataloniyanın müstəqilliyinin tərəfdarları parlamentdə 135 yerdən 70-nə sahib olublar. Belə ki, “Kataloniyanın sol respublikaçıları” partiyası 32 mandat, “Birlikdə Kataloniya uğrunda” partiyası 34 mandat, “Xalq həmrəyliyi namizədləri” partiyası isə 4 mandat qazanıb.
Kataloniya parlamentində ən çox yeri separatizmin əleyhinə çıxan “Vətəndaşlar” partiyası əldə edib – 37 yer.
İspaniya KİV-lərində yayılan xəbərlərə görə, parlament seçkilərindən sonra Barselonanın mərkəzində sakitlik hökm sürür. Heç bir mitinq keçirilmir, insanlar nəticələri dinc şəraitdə müzakirə edirlər. Polis şəhərin əsas nöqtələrini, meydan və küçələrini nəzarətdə saxlayır.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org