Bas mesqci: "Bura 3 xal qazanmaq ucun gelmisik"


[r32]
– xeber –
Məqsəd aydındı: bura 3 xal qazanmaq üçün gəlmişik.
APA-nın məlumatına görə, bunu Almaniya yığmasının baş məşqçisi Yoahim Löv deyib.
Dünən ölkəmizə səfər edən Bundestim DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah millimizlə üz-üzə gələcək.
Bu gün təşkil edilən mətbuat konfransında Löv fikrini bu sözlərlə davam etdirib:
“Əsas hədəfimiz odu ki, yaya kimi bütün oyunlardan 3 xalla ayrılaq. Qarşıda bizi San Marino ilə oyun gözləyir. Həmin matçda da qələbədən başqa heç bir nəticə ilə razılaşa bilmərik. Bura gəlmək üçün uzun yol qət etmişik. Ancaq bu, bəhanə ola bilməz".
– Komandada hansı itkilər var?
– Bir neçə oyunçunun zədəsi var idi. Ancaq hazırda bütün futbolçular meydana çıxmağa tam hazırdılar. Yalnız Məsut Özillə bağlı məsələ hələ tam aydın deyil.
– Sabahkı görüşdə qapıda kim dayanacaq?
– Ter Ştegen İngiltərə ilə matçda yaxşı təsir bağışladı. Ancaq sabah qapıda kimə şans verəcəyim hələ bəlli deyil. Məşqdən sonra müzakirə edib, qərar verəcəyik.
– Andre Şürrleni milliyə dəvət etsəz də, klubunda çox şans qazanmır…
– Şürrlenin klubunda oynamaması heç də yaxşı hal deyil. O, özünü məşqlərdə yaxşı tərəfdən göstərir. Klubunda mütəmadi olaraq şans qazanmayan başqa oyunçular da var. Məsələn, Kimmix. Ancaq buna görə onları kənarda saxlamaq olmaz.
– Millimizlə əvvəllər də qarşılaşmısız. Necə düşünürsüz, budəfəki oyun əvvəlkilərdən asan olacaq, yoxsa çətin?
– Komandanız haqqında deyəcəklərimi ölkəyə də şamil edə bilərəm. Azərbaycanda 2009-cu illə müqayisədə böyük irəliləyiş nəzərə çarpır. Milliniz üçün də eyni sözlər keçərlidi. Azərbaycan yığması əvvəlki illərlə müqayisədə həm taktiki, həm də oyun planında çox inkişaf edib. Norveçə qalib gəlirsənsə, Çexiya ilə səfərdə heç-heçə edirsənsə, bu inkişafın göstəricisidi. İndi Azərbaycan millisi daha yaxşı müdafiə olunmağı bacarır. Məncə, əvvəlki yığma ilə müqayisədə inkişaf nəzərə çarpır. İndi daha pozitiv Azərbaycan yığması görürəm.
– Antonio Rüdigerin uzun müddət oyun praktikası olmasa da, ona İngiltərə ilə yoldaşlıq görüşündə şans verdiz…
– Çox güman ki, o, sabah da oynayacaq. Ona Mats Hummelsin yanında şans verəcəm.
– Sabah kapitan kim olacaq?
– Komandanı meydana kapitan kimi Sami Xedira çıxaracaq. Çünki o, əsl peşəkar və liderdi. Məncə, kapitanlığa ən uyğun futbolçu məhz odu.
– Bəzi futbolçuların millidə oynamağa həvəsli olmadığı deyilir…
– Mənim müşahidəm ondan ibarətdi ki, oyunçular milliyə həmişə sevinə-sevinə gəlirlər. Məncə, yığmada oynamaq hər bir oyunçu üçün əsasdı. Hətta bəzi futbolçular kənarda qaldıqlarına görə inciyirlər də.
– Sabah Mario Qomesə şans verəcəksiz?
– Qomes son vaxtlar yaxşı formadadı. Sabah ona əsas heyətdə yer verəcəm.
– Azərbaycan yığmasının qrupda 2-ci yeri tutmaq şanslarını necə dəyərləndirirsiz?
– 4 oyunda 7 xal yaxşı nəticədi. Hər şey Çexiya və Şimali İrlandiya ilə oyunlarda müəyyənləşəcək. Bu görüşlərdə yaxşı nəticə qazansalar, niyə də qrup ikincisi olmasınlar?

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org