Bas bankirin aciqlamasi neye delalet edir? – Şerh

09:35 – xeber – Söhbət yeni formalaşan İpoteka Fondunun fəaliyyətə başlamasından gedir.
 
Bu sözləri Axar.az-a açıqlamasında Mərkəzi Bankın sədri Elman Rüstəmovun ipoteka kreditləşməsi ilə bağlı açıqlamasını şərh edən iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspertin sözlərinə görə, bu ilin üç ayında 140 güzəştli ipoteka krediti verilsə də, adi ipoteka kreditlərinin sayı kifayət qədər azdır:
 
“Prezidentin fərmanı ilə Mərkəzi Bank yanındakı İpoteka Fondu ləğv edilərək Azərbaycan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyəti kimi formalaşdırılmaqdadır. Bu fərmandan sonra yeni İpoteka Fondunun əsasnaməsinin hazırlanması və fəaliyyətə başlanması tələb olunurdu. Bu vaxta qədər birinci fəaliyyətini davam etdirirdi. Bu ilin üç ayında 140 güzəştli ipoteka krediti verilsə də, adi ipoteka kreditlərinin sayı kifayət qədər azdır. Praktiki olaraq I rübdə İpoteka Fondunun fəaliyyəti məhdudlaşıb. Bu da məhz ipoteka kreditləşməsi sisteminin qanunverici bazasının tam formalaşdırılmaması ilə bağlıdır. İpoteka Fondunun ayrıca qurum kimi fəaliyyəti üçün onun qanunvericilik bazasının yaradılmasına ehtiyac var. Bundan sonra Fond MB-dən kənar, müstəqil səhmdar cəmiyyət olacaq. Eyni zamanda, beynəlxalq təşkilatların sığorta fondlarını cəlb etməklə daha çox ipoteka krediti təklif etmək imkanı qazanacaq. Hazırda İpoteka Fondu ipoteka kreditləri üçün istiqrazların yerləşdirilməsini həyata keçirir. Sosial ipoteka kreditləri üçün büdcədən ayrılan vəsaitlər bu istiqamətə yönəlir. Hüquqi bazanın formalaşdırılması ipoteka kreditləşməsinin bərpa edilməsinə, sığorta şirkətləri və xarici investorların prosesə cəlbinə imkan yaradacaq”.
 
Qeyd edək ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycanda ipoteka kreditləşməsi sisteminin normativ-hüquqi bazasının dəyişdirilməsi ilə bağlı müvafiq qərarın qəbul olunduğunu və bunun yaxın vaxtlarda açıqlanacağını bildirib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org