"Baron Şemi" tutuldu (FOTO)

7 Yanvar 2016 15:42 – xeber –
Respublikanın daxili işlər orqanları yeni ilin ilk günlərində daha bir uğurlu əməliyyat tədbiri həyata keçirib və nəticədə külli miqdarda müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Olkem.az bidirir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Belə ki, daxil olmuş məlumat əsasında nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Masallı rayon Polis şöbəsi əməkdaşlarının yanvarın 6-da həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhərində yaşayan, əvvəllər 6 dəfə məhkum olunmuş, "Baron Şəmi" ləqəbli Şəmsəddin Kərimov şübhəli şəxs qismində saxlanılıb. Baxış zamanı ona məxsus evin həyətindəki quyudan gizlətdiyi ümumi çəkisi 28 kiloqrama yaxın narkotik vasitə, o cümlədən 12 kiloqram 550 qram həşiş qətranı, 7 kiloqram 110 qram tiryək, 6 kiloqram 981 qram heroin və 1 kiloqram 137 qram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org