2 İyun 2016 12:11 – xeber –
Müğənni İradə İbrahimova ilə Nadir Qafarzadə barışıb.
Bu haqda axşam.az-a açıqlamasında N.Qafarzadə deyib.
Bir müddət əvvəl Nadir həmkarının ünvanına "İradəni qapalı xanım kimi tanımışam. O başqa şeylərlə gündəmə gələn olmayıb. Ondan ailə fotolarını yaymağı gözləmirdim" sözlərini demiş, onu oğlu Əli dünyaya gələn zaman çəkilən videosunu yaydığına görə qınamışdı.
İfaçının bu sözləri qarşı tərəfi özündən çıxarmışdı.
İ.İbrahimova açıqlamalarının birində ad çəkmədən onu tənqid edən Nadirə sərt sözlər deyib:
"Arvadı ilə selfi çəkib paylaşmaq, dodağını silikon etdirmək ayıb deyil? Mən qadınam, heç silikonum yoxdur".
N. Qafarzadə İ.İbrahimova ilə Türkiyədə görüşdüyünü və incikliyə son qoyduqlarını bildirib:
"Mənim qəlbimdə kin, qurd yoxdur. Aramızda anlaşılmazlıq oldu. Ağzımdan çıxan sözü başqa formada başa düşmüşdü. Bacısı Nigarla danışdım. Sonra isə Türkiyəyə gedəndə İradə xanıma zəng vurdum ki, qəlbində inciklik qalmasın. Onun həyat yoldaşı ilə də görüşdük, məni balıq yeməyə apardı. Yedik-içdik, söhbət etdik".