Banklarin novbeti firildaği – Mutleq izleyin!

28 Dekabr 2015 21:27 – xeber –
Cəlilabad rayon sakini xalası oğluna zamin durub. Zaminlik müqaviləsi 10 illik olub. Götürülən ilk kreditin qaytarılmasında heç bir problem yaşanmayıb. Sonradan onun zaminliyə imzası olmadığı halda ikinci kredit üçün zamin kimi rəsmiləşdirilib. Kreditin götürüldüyü bankdan bildirilir ki, vətəndaş uzun müddətə zamin durduğundan onunla müqavilə imzalanmasına gərək yoxdur. Qanunvericilik isə bunun əksini deyir.
Feyzullayev Elşən 2010-cu ildə xalası oğlunun 7 min manatlıq kreditinə zamin durub. Həmin kredit tam ödənilənə qədər heç bir problem yaşanmayıb. Bundan sonra xalasıoğlu zaminlik üçün yenə ona müraciət edib.
Yəni, şikayətçi banka getməyib və yeni müqavilə imzalamayıb. Buna rəğmən Bankdan ona məktub gəlib ki, xalasıoğlu pulu ödəyə bilmir,ona görə də zamin kimi məhz o ödəniş etməlidir.
Olkem.az xeber verir ki, kreditin götürüldüyü bankdan “Xəzər Xəbər”ə verilən məlumata görə, həmin şəxs 10 il müddətinə zaminlik müqaviləsini imzalayıb. Bankdan əlavə ediblər ki, Müqavilədə müəyyən məbləğ göstərilib, yəni krediti götürən şəxs 10 il müddətində həmin məbləğə qədər bir neçə dəfə kredit ala bilər. Zamin 10 illiyə imza atdığına görə onu hər dəfə kredit götürüləndə çağırmağa gərək yoxdur…
Ekspertlər isə bunun qanunvericiliyə uyğun olmadığını bildirirlər. Amma bəzi hallarda vətəndaşın zamin kimi yenidən müqavilə imzalamaması mümkündür. Bu məsələ bir daha göstərir ki, zaminlik müqaviləsini, onun bütün şərtlərini diqqətlə oxumaq lazımdır. Belə vəziyyətlər rastlaşan vətəndaş isə bankı məhkəməyə verməlidir.

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org