Banklarin kredit "bicliyi"

4 Yanvar 2016 21:05 – xeber –
Kredit müqaviləsinin şərtləri aydın və sadə şəkildə yazılmalıdır ki, kredit götürən şəxs özünün öhdəliklərini tam dərk edə bilsin. Təəssüflər olsun ki, banklar tərəfindən əksər kredit müqavilələri həm xırda hərflərlə yazılır, həm də qəliz hüquqi terminlərdən ibarət olur.
Hüquqşünas-ekspert Asif Abdullayev Olkem.az-a bildirib ki, hüquqi müəyyənlik prinsipi baxımından, banklar bu cür hallara yol verməməlidirlər:
"Əksər vətəndaşlar qəliz hüquqi terminləri nəinki anlaya bilmirlər, hətta xırda hərflərlə yazıldığı üçün müqaviləni oxumaqda da çətinlik çəkirlər. Bankdan kredit götürmə prosesi üçün kifayət qədər vaxt tələb olunur. Kredit götürən şəxs ya işdən icazə alıb gəlir, ya da digər vacib işlərini təxirə salaraq banka gəlir. Kifayət qədər vaxt itirən şəxsin xırda hərflərlə yazılmış və anlaşılmayan terminlərlə tərtib edilmiş müqaviləni oxuma imkanı, təbii ki, çox aşağıdır. Kredit götürən şəxslərin əksəriyyəti müqaviləni bu səbəblərdən oxumurlar və müqavilə şərtlərini bankın vicdanına buraxırlar".
Eksperin sözlərinə görə, məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin verdiyi qərarda münasibət yer alıb:
"Konstitusiya Məhkəməsi oxşar məsələyə münasibət bildirərəkən öz qərarında qeyd etmişdir ki, tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun".
İlkin İzzət

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org