“Bank Standart”in legv edilme sebebi aciqlandi – Resmi

21:33 – xeber – Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 30 sentyabr 2016-cı il tarixli qərarına əsasən “Bank Standard” kommersiya bankının lisenziyası 1 oktyabr 2016-cı ildən etibarən ləğv edilir.
 
Palatadan Axar.az-a daxil olan məlumata görə, Palata bu qərarını 4 iyul 2016-cı il tarixindən banka sağlamlaşdırıcı (sanator) təyin edilmiş “Azər-Türk Bank” ASC-nin və “Bank Standard”ın yeni menecmentinin müraciəti əsasında dövlət maliyyə qurumları (Maliyyə Nazirliyi və Mərkəzi Bank) ilə məsləhətləşməklə qəbul edib.
 
Məlumat verildiyi kimi, ”Bank Standard” kommersiya bankının idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan investisiya layihələrinin maliyyələşdirilməsi son dövrlər onun maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına səbəb olmuş, bankın likvidlik və kapital mövqeyi zəifləmiş, kreditorlar qarşısında öhdəliklərin icrasında çətinliklər yaranmışdı.
 
Bankda yaranmış problemlərin tənzimlənməsi məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən mayın 3-dən etibarən ona 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilmişdi. Palatanın inzibatçılığı dövründə bankın aktivlərinin səfərbər olunması istiqamətində görülmüş tədbirlər və Mərkəzi Bank tərəfindən edilən likvidlik dəstəyi nəticəsində sosial xarakterli ödənişlər və 5,000 manata qədər olan əmanətlərin qaytarılması təmin olunmuşdu. Bununla yanaşı, bankın və onun müştəriləri olan təşkilatların əməkdaşlarına əməkhaqlarının ödənişi də fasiləsiz davam etmişdi.
 
Bankın maliyyə sektorundakı mövqeyini, aktivlərinin xüsusi çəkisini, öhdəliklərin sosial xarakterini və sistem əhəmiyyətini nəzərə alaraq fiskal və monetar orqanlarla razılaşdırılmış şəkildə 4 iyul tarixindən onun əsas səhm paketi dövlətə məxsus “Azər-Türk Bank” ASC vasitəsilə sağlamlaşdırılması barədə qərar qəbul olunmuşdu.
 
Sanator bank tərəfindən “Bank Standard” KB-nın Müşahidə Şurası yenidən təşkil olunmuş və idarəetmə orqanları formalaşdırılmış, onlara bankın maliyyə dayanıqlığının tam bərpası məqsədilə xüsusi sağlamlaşdırma proqramının hazırlanması həvalə edilmişdi.
 
Ötən dövr ərzində bankın yeni menecmenti bir neçə sağlamlaşdırma ssenarisi təklif etsə də,  heç biri bankın maliyyə dayanıqlığının bərpası üçün yetərli olmamışdır. Bu dövrdə bankın üzləşdiyi kəskin likvidlik probleminin həlli məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banka əlavə likvidlik dəstəyi göstərilsə də , ödəmə qabiliyyətinin tam bərpası, əlavə kapital inyeksiyası olmadan isə onun itkilərinin qarşısının alınması mümkün olmayıb.
 
Sanator bank müraciətində “Bank Standard”ın sağlamlaşdırılması üçün tələb olunan sərmayənin mövcud makroiqtisadi şəraitdə hökumət və ya Mərkəzi Bank tərəfindən ayrılmasının qeyri-reallığını əsas götürərək bankın sağlamlaşdırma təşəbbüsünün təxirə salınmadan dayandırılması və onun müflis elan edilməsini xahiş edib.
 
Müraciəti nəzərə alaraq və əlavə itkilərin qarşısının alınması məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 30 sentyabr 2016-cı il tarixli qərarına əsasən “Bank Standard” kommersiya bankının lisenziyası 1 oktyabr 2016-cı ildən etibarən ləğv edilir.
 
“Bank Standard” KB Əmanətlərin Siğortalanması Fonduna üzv bankdır və əhalinin bu bankda qorunan əmanətləri Fond tərəfindən ödəniləcək. Bu məqsədlə zəruri olan vəsaitlərin hökumət zəmanəti ilə Mərkəzi Bank tərəfindən Fonda ödənilməsi müvafiq orqanlarla razılaşdırılıb.
 
Artıq bu gündən Palata tərəfindən banka müvəqqəti inzibatçı təyin edilib. Palata “Bank Standard”ın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət edəcək. Bankın öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcəkdir.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org