Bakinin Moskvadan Qarabag telebi: Vaxt daralir…

10:00 – xeber – Sankt-Peterburq görüşü baş tutsa, Azərbaycan Rusiyadan Ermənistanı sülhə məcbur etməyi tələb edəcək.
 
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Deputatın fikrincə, Rusiya öz siyasətindən istifadə edərək Ermənistanı Azərbaycan ərazilərindən çıxmağa və rayonlarımızın azad edilməsinə məcbur etməlidir:
 
“Bu, sülh istiqamətində ən ciddi addım ola, əsas danışıqlar prosesinə təkan verə bilər. Hazırda isə Ermənistan heç bir beynəlxalq təşkilat tərəfindən təzyiqlə üzləşmədiyindən danışıqlarda ciddi addımlar atmır. Rusiya Minsk Qrupunun həmsədri kimi münaqişənin tezliklə həllində məsuliyyət daşıyır. Azərbaycanın istəyi beynəlxalq hüquq normalarının bərqərar olmasıdır. Sankt-Peterburq görüşü baş tutsa, Azərbaycan Rusiyadan Ermənistanı sülhə məcbur etməyi tələb edəcək. Rusiya bu görüşü təşkil etməklə belə bir təşəbbüsü üzərinə götürürsə, deməli, mütləq uğurlu bir nəticə olmalıdır. Putin ilk növbədə məhz BMT-nin qətnamələrinin icrasını ortaya qoymalıdır. Söhbət 5 yox, işğal altında olan 7 rayonun qaytarılmasından gedir. Vaxt daralır, Ermənistan bu qərarları icra etməsə, bölgədə çox ciddi problemlər yarana bilər”.
 
Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ probleminin nizamlanması üzrə üçtərəfli görüşün iyunun sonlarında baş tutacağı gözlənilir.  

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org