Bakinin BMT-de Quds qerari: tezyiqlere baxmayaraq…


[r32]
– xeber –
Kənardan müxtəlif təzyiq cəhdlərinə baxmayaraq, Azərbaycan prinsipial siyasətinə və beynəlxalq hüquq normalarına riayət edərək Qüdsün İsrailin paytaxtı kimi tanınması təşəbbüsünün əleyhinə səs verdi.
Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Poitoloqun sözlərinə görə, bu, bir daha sübut edir ki, Azərbaycan müstəqil siyasət yürüdür və beynəlxalq məsələlərin həllinə dair mövqeyini ardıcıl şəkildə müdafiə edir:
“Heç bir kənar iradə Azərbaycanı öz müstəqil siyasətindən dönməyə məcbur edə bilməz. Bir çox islam ölkələri, o cümlədən türkdilli dövlətlər tədbirdə aşağı səviyyədə təmsil olunsalar da, Azərbaycan İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyənin təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında ən yüksək səviyyədə təmsil olunaraq məsələ ilə bağlı konkret mövqe nümayiş etdirdi. Bakıda “2017 – İslam Həmrəyliyi İli” dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransın yüksək auditoriya toplaması Azərbaycanın dünyada islam həmrəyliyinə verdiyi mühüm töhfələrin nəticəsidir.
Azərbaycanın mühüm beynəlxalq məsələlərin həllində nümayiş etdirdiyi mövqe beynəlxalq hüququn aliliyinə hörmətin, sülhün və təhlükəsizliyin, tolerantlığın möhkəmlənməsinə bəxş etdiyi əməli töhfələrin bariz nümunəsidir”.
Qeyd edək ki, BMT Baş Assambleyasında Qüdsün İsrailin paytaxtı kimi tanınmamasının lehinə 128, əleyhinə 9 səs olmaqla qətnamə qəbul olunub. Səsvermədə 35 ölkə bitərəf qalıb.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org