Bakidan kendlere boyuk koc – Ekspert reyi

09:00 – xeber – 1990-2000-ci illərdə regionlardan Bakıya köçüb kirayədə qalan əyalət sakinlərinin bir qismi indi geri qayıdır.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə ANS məlumat yayıb. Məlumatda vurğulanır ki, son bir neçə ayda Bakıdan 10 minə yaxın insan kəndlərə qayıdıb. Hazırda şəhərdə 30 minə yaxın obyekti mənzil kimi kirayəyə verirlər.
 
Statistikaya görə, Azərbaycanda 4200 kənd var və həmin kəndlərin 581-ində əhali sayı 2 mini keçir. 85-ə yaxın kənd hətta əhali sayına görə Azərbaycanın 197 şəhər tipli yaşayış məntəqəsindən iridir. Ümumiyyətlə, ölkə üzrə 339 şəhər tipli yaşayış məntəqəsi var. Cüzi islahatlar aparmaqla şəhər tipli yaşayış məntəqələrinin sayını 920-yə qaldırmaq olar. 
 
Ekspert Natiq Cəfərli bildirir ki, rayonlara qayıdan insanların işlə təmin olunması üçün ciddi addımlar atmaq lazımdır:
 
“2000-ci illərdə Bakıda böyük tikintilər və ticarət başlayanda ölkənin müxtəlif rayonlardan paytaxta güclü axın oldu. Son bir il ərzində Azərbaycanda tikinti və ticarət sektoru çox ziyan görüb. Rəsmi rəqəmlər də göstərir ki, son bir ildə 25 min insan tikinti sektorunda işini itirib. Ticarətdə isə son vaxtlarda bir çox dükanlar bağlanıb, icarə və satış elanları həddindən artıq çoxalıb. Bu da təbii ki, Bakıda yaşayıb, kirayə qalan insanların dolanışığına birbaşa təsir göstərdi. İşsiz qalmış sakinlər Bakıdan regionlara, öz evlərinə axın etməyə başladılar. Geri dönən insanların işlə təmin olunmasında, kənd təsərrüfatının stimullaşdırılmasında, kiçik sahibkarlığın artımında, turizm obyektlərinin yaranmasında dəstək proqramları olmalıdır. Azərbaycanın potensialına baxdıqda, görürük ki, kənd təsərrüfatı və turizm önə çıxır. Regionlarda qısa zaman ərzində məhz bu sahələrdə ciddi iş yerləri yaratmaq və qazanc əldə etmək mümkündür. Sənaye müəssisələrinin qurulması isə həm böyük vəsait, həm də bir neçə il zaman tələb edir. İlk növbədə kənd təsərrüfatında kompensasiya əkilmiş əraziyə görə yox, məhsulun kəmiyyətinə və keyfiyyətinə görə verilməlidir. Bu, keyfiyyətli və daha çox məhsulun istehsal olunmasına gətirib çıxaracaq. Digər tərəfdən, kiçik ev otellərinin yaradılması da əlverişlidir. Kiçik otellərin yaradılması üçün ən azı onlar 3 illik vergidən və lisenziyaların alınmasından azad olmalıdır”.
 
Ekspert rayonlara qayıdış prosesinin davamlı olduğunu bildirib:
 
“Bu proses daimidir və getdikcə daha sürətlə davam edəcək. Çünki ölkənin əsas gəliri neftdir. Yaxın vaxtlarda isə neftin kəskin bahalaşması gözlənilmir. Düşünürəm ki, hökumət bu prosesdən istifadə edib, Bakının rahatlaması və regionların inkişafı üçün stimul yaratmalıdır. Bakıdan başqa Azərbaycanın bir neçə böyük şəhəri, iqtisadi mərkəzi olmalıdır. Şəki, Gəncə, Lənkəran və Qubada milyonluq şəhərin yaranması üçün kifayət qədər potensial var”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org