Bakidaki qarin ilk "qurbanlari"

2 Yanvar 2016 10:50 – xeber –
Bakıda müşahidə olunan yağıntılı hava şəraiti yol qəzasına səbəb olub. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.
 
Hüseyn Seyidzadə küçəsindəki körpüdən Abdulvahab Salamzadə küçəsinə doğru hərəkət edən "Skoda" markalı avtomobil körpünün enişindəki yol ayırıcısına çırpılıb. Avtomobil həm də yol nişanını yerindən qoparıb. Arxadan gələn "Volkswagen" markalı avtomobil isə "Skoda"ya çırpılıb. Zərbənin gücündən "Volkswagen" "Skoda"nın altına girib.
 
Qəza nəticəsində "Skoda"nın sürücüsü xəsarət alıb. Hər iki avtomobilə ciddi ziyan dəyib.
 
Yol polisi əməkdaşları hadisə yerində müayinələr aparıblar. İlkin ehtimala görə, qəzaya görünüş dairəsinin az olduğu ərazidə "Skoda"nın sürücüsünün sürət həddini aşması, "Volkswagen"in sürücüsünün isə həm sürət həddini aşması, həm də düzgün ara məsafəsi saxlamaması səbəb olub. Qeyd edək ki, DYP sürücülərə hava şəraitini nəzərə almaq və sürət həddini ona uyğun seçmək barədə xəbərdarlıq edib.
 
Faktla bağlı araşdırmalar davam etdirilir. 

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org