Bakida yoxa cixan mekteblilerle bagli – Yeni faktlar

14:29 – xeber – Dünən Bakıda itkin düşən iki məktəblidən hələ də xəbər yoxdur.
 
Lent.az-ın əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanları artıq uşaqların məktəbdən çıxaraq hansı istiqamətə getmələrini əks etdirən görüntüləri əldə edib.
 
Görüntülərdən bəlli olur ki, Nizami rayon 32 saylı orta məktəbin rus bölməsində 5-ci sinifdə təhsil alan 11 yaşlı Şamil Babayev və İsmayıl Şəfiyev dünən saat 17:20 radələrində məktəbdən çıxıb. Onlar piyada üzü “Neftçilər” metrostansiyası istiqamətinə gedib və "Dakar" dairəsi yaxınlığında kameraların nəzarət dairəsindən çıxıblar. Məktəblilər hərəkət edərək 25-ci Polis Bölməsinin ərazisindən 24-cü Polis Bölməsinin ərazisinə keçiblər.
 
Polis görüntülərdən belə qənaətə gəlib ki, yeniyetmələr gərgin psixoloji durumda olmayıb və gəzə-gəzə məktəbdən uzaqlaşıblar.
 
İsmayıl Şəfiyev dərsə getməmişdən əvvəl evdə özünə məxsus kassasından 100 manat götürüb.
 
Hazırda polis məktəblilərin axtarışını davam etdirir. Onların xarakterik əlamətləri və fotoları aidiyyəti idarələrə göndərilib.
 
Bildirilir ki, itkin düşən hər iki məktəblinin atası azərbaycanlı, anası isə rusdur.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org