Bakida yangin iki mecburi kockun ailesini evsiz qoydu (FOTO)

7 Yanvar 2016 17:44 – xeber –
Buzovna qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı düşərgədə baş verən yanğın iki ailəni evsiz qoyub.
Olkem.az musavat.com-a istinadən bildirir ki, səhər saatlarında qeydə alınan yanğın evin dam örtüyündən başlayıb və bir-birinə bitişik olan iki yaşayış sahəsini qısa müddət ərzində bürüyüb. 
Əslən Xocalı şəhərindən olan Rzayevlər yalnız canlarını xilas edə biliblər. Ev bütün əşyaları ilə birgə yanaraq külə dönüb. Əraziyə yanğınsöndürmə briqadaları cəlb edilsə də, köhnə və yarımçıq tikilinin yaşayış sahəsi tamamilə yanıb. 
Beləliklə, Fənar Quliyeva və Arzuman Rzayevin 10 nəfərlik ailəsi evsiz qalıb. Rzayevlərin yeganə təsəllisi Xocalının müdafiəsi zamanı fərqlənən Fərmar Rzayevə məxsus "İgidliyə görə" medalının yanmamasıdır. 
Hər iki ailə baş vermiş hadisə ilə bağlı həm Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, həm də Xocalı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Lakin evsiz qalan 10 nəfərin, iki ailənin müraciətinə baxan, onların harada gecələdiyi ilə maraqlanan olmayıb. 
Xocalı Şəhər İcra Hakimiyyətini bu şəhərin müdafiəsindəki qəhrəmanlığına görə "İgidliyə görə" medalı ilə təltif olunmuş şəhidin ailəsinin taleyi də maraqlandırmayıb. 

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org