Bakida vehhabi bandanin mehkemesi basladi

11:27 – xeber – Qəbələdə “Soyuq bulaq” restoranının sahibi Vahid Vahabovun evinə silahlı basqınla bağlı tutulan vəhhabilərin məhkəməsi keçirilib. 
 
Axar.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər dindirilib.
 
17 nəfərlik dəstənin üzvləri – Nurəddin Xəlilov, Müşfiq Mikayılov, Rəşad Həşimli, Əhməd Kərimov, Coşqun Kərimbəyli, Bahadur Məmmədov, Zaur Əliyev, Pərviz Şıxəliyev, Rəşad Səfəralıyev, Xəlil Məmmədov, Samir Məmmədov, Rufis Bəyimov, Ceyhun Abdullayev, İlqar Musayev, Anar Rzayev, Niyaməddin Xəlilov və Fəxri Şirinzadədir.
 
İstintaq zamanı müəyyən edilib ki, əvvəllər məhkum olunan Nurəddin Xəlilov 2014-cü ilin martında “Umar abi Mucaid” dini ləqəbi ilə özünü sələfi radikal dini cərəyanın əmiri elan etməklə, radikal dini baxışlara malik şəxslərlə silahlı banda təşkil edib.
 
Təşkil olunan banda üzvləri imkanlı şəxsləri öncədən hədəfləyib, onların evinə basqın edərək, var-dövlətlərini talamaqla məşğul olublar. Hadisə 2014-cü il, noyabrın 24-də, Qəbələnin M.Sabir küçəsi, 3 ünvanında baş verib.
Onlar Cinayət Məcəlləsinin 120.2.1,  120.2.4 120.2.10, 120.2.11, 29,120, 177, 181, 28,214 (terrorçuluğa hazırlıq), 217 (banditizm), 221 (xuliqanlıq), 228 (qanunsuz olaraq odlu və soyuq silahı əldə etmə, satma, saxlama və ya gəzdirmə), 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 283.2.3 (milli, irqi və ya dini düşmənçiliyin mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 326 (rəsmi sənədləri, möhürləri oğurlama və ya məhv etmə) maddələri ilə təqsirləndirilir.
 
Qeyd edək ki, axtarış zamanı banda üzvlərinin evlərindən 4 ədəd “Makarov”, 1 ədəd TT tapanca, “Buldok” modelli revolver, “Vincester” markalı tüfəng, müxtəlif çaplı patronlar, 929 qram çəkiyə malik, partlayıcı maddə hesab edilən trotil, 24 qram heroin, qanunla yayılması qadağan edilmiş 21 ədəd dini ədəbiyyat, 1 ədəd balta, 1 ədəd çapaçaq, maska kimi istifadə olunan 1 ədəd idman papağı və digər əşyalar götürülüb. 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org