17:17 – xeber – Bu gün Bulvar oteldə kimsəsiz uşaqlara yardım məqsədilə “Çayld Lav 6” tədbiri keçirilib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, tədbirin təşkilatçısı iş adamı Fikrət Qasımzadə və Tural Babayevdir.
Fikrət Qasımzadə tədbir haqda öz fikirlərini Axar.az-la bölüşüb:
“Tədbirin əsas məqsədi kimsəsiz uşaqlara yardım göstərmək və dayaq olmaqdır. Burdakı uşaqların heç biri küçədə öz valideynləri ilə gəzən uşaqlardan fərqlənmir. Biz onlara bunu hiss etdirməyə çalışırıq”.
Afaq Gəncəlinin aparıcılığı ilə keçirilən tədbirdə həmçinin müğənni Ədalət Şükürov, Sevinc – Sevil bacıları da iştirak edib.