Bakida sirket direktoruna hokm oxundu – Agir ceza


[r32]
– xeber –
Dələduzluqda təqsirləndirilən şirkət direktoruna hökm oxunub.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Abbas Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilən A.Hacıyev 11 il müddətinə azadlıqdan məhrum edilib.
A.Hacıyev Əzizbəy-KM MMC-nin direktoru olub. O, mənzilləri bir neçə nəfərə satmaqda təqdirləndirilərək həbs edilib.
MMC direktorundan Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Südabə Səmədova Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinə şikayət etmişdi. S.Səmədova şirkətin direktoru Abbas Hacıyevə mənzil almaq üçün 36 min manat verib.
Lakin bir müddət sonra məlum olub ki, ona veriləcəyi deyilən mənzilin daha bir neçə "sahibi" var imiş. Eyni mənzil bir neçə adama satılıb.
Onu da əlavə edək ki, şirkətin A.Hacıyevdən əvvəlki rəhbər şəxsləri də eyni ittihamla həbs edilmişdi. 2014-cü ildə MMC-nin təsisçisi Fuad Mirzəyevlə qurumun direktoru Akif Bağırov inşa edilmiş yaşayış binasındakı 18 mənzili və 2 qeyri-yaşayış sahəsini aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satdıqları üçün həbs edilmişdilər.
Onlar ümumilikdə 1 milyon 43 min 584 manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirli bilinərək məhkəmənin hökmü ilə hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org