Bakida senedi tapilan ermeninin atasi danisdi

22:25 – xeber – Bu gün Bakıda tapılan sürücülük vəsiqəsinin aprelin əvvəlində Qarabağda ölmüş polkovnik-leytenant Aleksan Arakelyana məxsus olduğu təsdiqlənib.
 
ANS-in məlumatına görə, bu barədə polkovnik-leytenantın atası Qevorq Arakelyan "Nyus.az" portalına danışıb.
 
Qevorq Arakelyan erməni mətbuatına sənədin aprel döyüşlərində həlak olan oğlu Aleksan Arakelyana məxsus olduğunu bildirib. "Bütün məlumatlar uyğun gəlir. Sürücülük vəsiqəsindən başqa azərbaycanlılar həmçinin bütün sənədlərini, saatını, pulunu, mənim Alikimin maşınının açarlarını götürüblər", – deyə Qevorq Arakelyanı bildirib.
 
Ermənistan vətəndaşına məxsus sənəd Bakının Sabunçu rayonunda tapılıb. Sənəd Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, ev 8 ünvanının qarşısında, orada yaşayan sakin tərəfindən tapılıb və Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə verilib.
 
Sənədin Ermənistan vətəndaşı, 1982-ci il təvəllüdlü Aleksan Arakelyana məxsus olduğu bildirilir. Sürücülük vəsiqəsi Aleksan Arakelyana 27 avqust 2014-cü ildə Ermənistan hüquq-mühafizə orqanları tərəfindən verilib. Sürücülük vəsiqəsi “RG 052597” nömrəli BC kateqoriyalıdır.
 
Ermənistan vətəndaşına məxsus sənədin tapılması faktı Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətindən təsdiqlənib. Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, Bakıda Ermənistan vətəndaşına məxsus sənədin tapılması barədə hazırda araşdırmalar aparılır.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org