Bakida sefirliklerin muhafizesi guclendirildi (FOTO)

4 Yanvar 2016 18:18 – xeber –
Səudiyyə Ərəbistanı və İran arasında yaranan gərginlikdən sonra hər iki ölkənin Azərbaycandakı səfirliklərində təhlükəsizlik tədbirləri gücləndirilib. 
Anspress-in məlumatına görə, Səudiyyə Ərəbistanı səfirliyinin qarşısında polislərin sayı artırılıb. Polislərin verdiyi məlumata görə, əvvəlki günlərlə müqayisədə, diplomatik nümayəndəliyin təhlükəsizliyinin qorunmasına daha çox əməkdaş cəlb olunub. 
Həmçinin əraziyə müvafiq polis bölməsi də nəzarətini gücləndirib. Səudiyyə Ərəbistanı səfirliyi kimi İran nümayəndəliyi də ciddi mühafizə olunur. 

İranın Azərbaycandakı səfirliyi

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi
2 ölkə arasında yaranmış gərginliklə bağlı İran və Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirlikləri bəyanat veriblər.
İranın ölkəmizdəki səfiri Möhsün Pakayin ANS-ə açıqlamasında bildirib ki, din xadiminin edam edilməsi islam dünyasında böyük hadisədir. 
"Şeyxin edamı beynəlxalq standartlar və insan hüquqlarının pozulmasıdır. Bu, islam dünyasında parçalayıcı siyasətin və ekstremist terrorçuların dəstəklənməsinin davamıdır. Əlbəttə ki, dünya müsəlmanları Nimr əl-Nimrin edamından narazıdırlar və bu cinayəti törədənlərə öz etirazlarını bildirirlər. Dünya müsəlmanlarının İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdən istəyi budur ki, bu cinayətə reaksiya versinlər və hadisəni beynəlxalq hüquq normaları çərçivəsində qiymətləndirsinlər". 

Möhsün Pakayin – İranın Azərbaycandakı səfiri
Səudiyyə Ərəbistanının səfiri Musaid bin İbrahim bin Abdullah Əl-Səlim isə deyib ki, Səudiyyə Ərəbistanı kralları krallıqda terrorçuluq barəsində icra olunan şəriət hökmlərinə qarşı İran rejiminin verdiyi bütün aqressiv açıqlamalara kəskin etiraz edirlər. 
"İran rejiminin açıqlamaları rəsmi Tehranın terroru dəstəkləyən əsl simasını göstərir. Bu isə onun region dövlətlərində sabitlik və təhlükəsizliyi pozmaq siyasətinin bir davamı hesab olunur", – deyə səfir ANS-ə açıqlamasında bildirib. 

Musaid bin İbrahim bin Abdullah Əl-Səlim – Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri
İki ölkə arasında münasibətlər Səudiyyə Ərəbistanında şiə təriqətindən olan alim Nimr əl-Nimr də daxil olmaqla "terrorçuluq və ona təhrikçilikdə" ittiham olunan 47 nəfərin edam edilməsindən sonra gərginləşib.
İranda etirazçılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edərək binada yanğın törədiblər, həmçinin səfirliyin daxili müəssisəsini dağıdıblar. Hücumdan sonra polis 40 nəfəri saxlayıb. 
Yanvarın 3-də gecə saatlarında Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələrin kəsildiyini bəyan edib. Səudiyyə hökuməti iranlı diplomatlara ölkəni tərk etmək üçün 48 saat vaxt verib.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org