Bakida Rusiya ve Turkiye arasinda sazis imzalandi – Foto

21:51 – xeber – Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə həyata keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbi davam edir.
 
AzərTac xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində fevralın 13-də Rusiya, Türkiyə və Azərbaycan məktəbliləri “Qardaşlaşma Sazişi”nin imzalanma mərasimində iştirak ediblər.
 
Mərasim iştirakçıları əvvəlcə Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını, həmçinin Şəhidlər xiyabanını ziyarət ediblər. Onlar Bakının 189 və 190 nömrəli məktəblərində də olublar.
 
Sonra Bakı Slavyan Universitetinin (BSU) akt zalında “Qardaşlaşma Sazişi”nin imzalanma mərasimi keçirilib. Sazişi Rahilə Abbasova (Bakı şəhəri, 189 nömrəli məktəb), Aleksandr Drozdov (Moskva şəhəri, ingilis dilli təmayüllü 1273 nömrəli məktəb), Yonca Acun (Ankara şəhəri, Heydər Əliyev adına ibtidai məktəb), Kamran Əliyev (BSU-nun nəzdində Məktəb-Lisey Kompleksi) imzalayıblar.
 
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev tədbir iştirakçılarını ürəkdən salamlayaraq, onları “Qardaşlaşma Sazişi”nin imzalanması münasibətilə təbrik edib. O deyib: “Azərbaycan Prezidenti 2016-cı ili “Multikulturalizm ili” elan edib. Bu, bütün dünyaya Azərbaycan xalqının mərhəmət, şəfqət, İnsana məhəbbət hissi kimi multikultural dəyərləri bu günədək saxladığı və bundan sonra da qoruyub saxlayacağı barədə bir çağırış oldu”.
 
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli mərasim iştirakçılarını təbrik edib.
 
Tədbirin bədii hissəsində BSU-nun məzunu, “Eurovision-2011” müsabiqəsinin qalibi Eldar Qasımov çıxış edib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org