Bakida quldur destesi zerersizlesdirildi

22:12 – xeber – Respublikanın daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti əməliyyat tədbiri həyata keçirilib.
 
Musavat.com xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 6-da Bakı şəhər sakini Firəngiz Musayevanın Keşlə qəsəbəsində yaşadığı evə basqın edərək onun pulunu və qızıl-zinət əşyalarını quldurluq yolu ilə almış paytaxt sakinləri, əvvəllər məhkum olunmuş şəxslər –  Emil Budnıy, Elnur Əliyev, Elçin Nəsirov və Rakif Talıbov tutulublar.
 
Araşdırma zamanı məlum olub ki, dəstə üzvləri hadisədən bir gün əvvəl görüşərək mənzilə daxil olmaq üçün xüsusi plan hazırlayıblar. Plana əsasən ev sahibinin Elçin adlı oğlu ilə dost olan E.Nəsirov onu gecə saatlarında müxtəlif bəhanələrlə aldadaraq evdən çıxarıb. Bundan sonra qadının mənzildə tək olmasından istifadə edən dəstənin digər 3 üzvü evə daxil olub.
 
Faktla bağlı saxlanılan şəxslər barəsində Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
 
Saxlanılan şəxslərin paytaxt ərazisində başqa cinayətlərdə iştirak edib-etmədikləri isə araşdırmalardan sonra məlum olacaq.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org