Bakida qeza toreden avtobus surucusu hadise yerinden qacib (FOTO)

8 Yanvar 2016 23:55 – xeber –
Bakıda sərnişin avtobusu qəza törədib, sürücü hadisə yerindən qaçıb.
Olkem.az APA-ya istinadən xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb.
 
32 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusu yol kənarında dayanmış "Mercedes" markalı minik maşınına çırpılıb. Qəza zamanı "Mercedes"in sürücüsü avtomobildə olub, avtobusda da sərnişin sıxlığı olub. Xoşbəxtlikdən qəza nəticəsində xəsarət alan olmasa da, minik maşınına ciddi ziyan dəyib.
 
"Mercedes"in sürücüsü Famil Nəsibovun sözlərinə görə, avtobus yüksək sürətlə hərəkət edib və qəfildən onun maşınına arxadan çırpılıb. Avtobusun sürücüsü qəzadan dərhal sonra hadisə yerini tərk edib. 32 saylı marşrut xəttinin məxsus olduğu fərdi sahibkarın nümayəndələri hadisə yerinə gəliblər və sürücünün  hadisə yerindən qorxudan qaçdığını bildiriblər. Araşdırma zamanı məlum olub ki, avtobusun icbari sığortası da yoxdur.
 
Yol polisi əməkdaşları hadisə yerində müayinələr aparıblar. Onların israrlı tələblərinə baxmayaraq, sürücü qəza yerinə gəlməkdən imtina edib, bir qədər sonra isə onu ümumiyyətlə tapmaq mümkün olmayıb.
 
Xətai Rayon Dövlət Yol Polisi Şöbəsinin yol-nəqliyyat hadisələri üzrə baş inspektoru Yaqub Abdullayev APA-ya bildirib ki, qəzaya səbəb olan sürücünün hadisə yerini tərk etməsi ilə bağlı protokol tərtib olunacaq və müvafiq tədbir görüləcək.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org