Bakida hekim sehv etdi, emeliyyat otagindan qacdi – Video

15:40 – xeber – Xəstənin vəziyyəti ilə maraqlanırıq, hazırda yaxşıdır və səhhətindəki problem aradan qalxır.
 
Bu sözləri Axar.az-a adının açıqlanmasını istəməyən “HB Güvən Klinikası”nın işçisi “Baku Medikal Plaza” klinikasında baş verən hadisəyə münasibət bildirərkən deyib.
 
Onun sözlərinə görə, hadisədən sonra Öndər Tulumbacı bir müddətə əməliyyatdan kənarlaşdırılıb:
 
“Öndər həkimə gəldikdə isə 1 ay qeysəriyyə əməliyyatı keçirməyəcək”.
 
Qeyd edək ki, iyunun 1-də “Baku Medikal Plaza” klinikasında paytaxt sakini İrina Makarova qeysəriyyə əməliyyatı keçirib. Əməliyyatı “HB Güvən Klinikası”nın cərrahı Öndər Tulumbacı keçirib.
 
Əməliyyat təxminən 5 saat davam edib. Bu müddət ərzində İrinanın əməliyyatı və onun vəziyyəti barədə heç bir məlumat verilməyib. Şok təfərrüatlar əməliyyatdan sonra məlum olub. Həkim düzgün əməliyyatı aparmadığını anladıqdan sonra klinikadan qaçıb. Daha sonra məlum olub ki, həkim əməliyyat zamanı cərrah bıçağıyla əkiz körpələrdən birinə toxunub. Uşağın üzərindəki kəsiyin uzunluğu 2 sm, dərinliyi isə 0,3 sm olub. Bu kəsik uşağın həyatı üçün ciddi risk təşkil edir.
 
İrina Makarov əməliyyat zamanı çox qan itirib. Üç gün ərzində yaxınları və qohumları ona qan verib. Ancaq buna baxmayaraq qadında daxili qanaxma dayanmayıb. Əməliyyatdan iki gün sonra İrina gözlərini açıb. Qohumları ümid edirdi ki, ən pis hadisə geridə qalıb. Amma qadının vəziyyəti sonradan yenə pisləşib.
 
Baku.vs-in məlumatına görə, İrina uğursuz əməliyyata görə yumurtalıq və uşaqlığını itirib. Ola bilsin ki, İrinaya dördüncü dəfə əməliyyata girmək lazım gələcək.
 
Bu, Öndər Tulumbacının ilk yarıtmaz işi deyil. Axar.az-ın araşdırması zamanı türkiyəli həkimin bu ilin fevralında Sadıqova Həlima Qaraş qızına qarşı da dələduzluq etdiyi məlum olub.
 
Narazı vətəndaş bildirib ki, Ö.Tulumbacının əməliyyatı formal xarakter daşıyıb:
 
“Sonradan UZİ-dən keçəndə aydın olur ki, mənim üzərimdə heç bir əməliyyat aparılmayıb. Yəni heç bir tibbi müdaxilə olmayıb. Sadəcə kəsiblər və tikiblər”.
 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org