Bakida gece klubunda toredilmis qetlle bagli bezi detallar melum olub (FOTO)

5 Yanvar 2016 13:01 – xeber –
Bakıda gecə klubunda törədilmiş qətllə bağlı bəzi detalların üstü açılıb. Olkem.az musavat.com-a istinadən bildirir ki, qətllə nəticələnən mübahisə Bülbül prospektində yerləşən "Kofein-klub"dan başlayıb. 
1980-ci il təvəllüdlü Sadiq Fətullayev və 1989-cu il təvəllüdlü Tural Abbasov səhər saat 6 radələrində klubda hələlik bəlli olmayan səbəbdən mübahisə ediblər. Sonra hər iki şəxs küçəyə çıxıb və mübahisəni "Sahil" metrostansiyası yaxınlığındakı 1 saylı qadın məsləhətxanasının qarşısında davam etdiriblər. Bu zaman 36 yaşlı Sadiq Fətullayev 27 yaşlı Tural Abbasova bıçaqla xəsarət yetirib. O, Turalı yaralı vəziyyətdə qoyaraq, hadisə yerini tərk edib. Yaralı Tural Abbasov yerdə qalsa da, ona yardım edən olmayıb və təxminən 20-25 dəqiqə sonra qan itirməsi nəticəsində dünyasını dəyişib. 
Bülbül prospektində işləyən xadimələr Musavat.com-un əməkdaşına bildiriblər ki, onlar saat 7 radələrində işə gələrkən gəncin meyidini görüblər. Hüquq-mühafizə orqanlarına da hadisə barədə onlar məlumat veriblər. 
Hüquq-mühafizə orqanlarından musavat.com-a bildirilib ki, qətlə yetirilən Tural Abbasovla hadisəni törədən Sadiq Fətullayev daha əvvəldən tanış olublar. Onlar tez-tez "Kofein-klub"a əylənməyə gəlirlərmiş. 
Hadisə yerini tərk edən Sadiq Fətullayev bir neçə saat sonra polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə cinayət işi başlanılıb. İşin əsas müəmmalı tərəfi də məhz budur. Adətən, analoji hadisələrdə cinayət işi Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə başlanılır. Çünki Sadiq Fətullayev Tural Abbasova bıçaqla xəsarət yetirib, onu yaralı vəziyyətdə qoyaraq hadisə yerini tərk edib və nəticədə zərərçəkmiş hadisə yerində dünyasını dəyişib.
Hadisənin baş verdiyi "Kofein-klub" hazırda fəaliyyətini dayandırıb. İş üzrə klub sahiblərindən də saxlanılanların olması barədə məlumat var. Lakin əlavə şəxslərin saxlanılması hələlik rəsmən təsdiqlənməyib. 

Bakıda gecə klubunda törədilmiş qətllə bağlı bəzi detallar məlum olub

ŞƏRH YAZ

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org