Bakida Formula-1 heyecani konsertle davam etdi – Foto

23:27 – xeber – İyunun 17-də Formula-1 Avropa Qran-prisinin birinci gününə möhtəşəm əyləncə proqramı ilə yekun vurulub.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, axşam saatlarında “Formula-1 Şəhərciyi”ndə amerikalı məşhur müğənni, bəstəkar və rəqqas Kris Braun özünün yüksək enerjili məşhur şousu ilə azarkeşlər qarşısında möhtəşəm konsert proqramı ilə çıxış edib. Müğənninin “Yeah3x”, “Look At Me Now” və “Beautiful People” kimi məşhur hitləri azarkeşlərə unudulmaz anlar bəxş edib.
 
Yarış günləri ərzində səyyar məzhəkəçi aktyorlar tamaşaçıların istirahətinə xüsusi rəng qatır. Səyyar proqrama Güzgü Adam, aktyor Spandi Andi, Ağacayaq, Küçə Rəssamları, Titan Robot və ənənəvi Azərbaycan rəqsləri daxildir. Həmçinin yerüstü 3D illüziya incəsənət nümunələri, hündürlüyü 8 metr olan dırmanma divarı, hava tunelində uçuş, müxtəlif maili enişlərdən və relslərdən ibarət skeyt parkda skeytbordçular və birçarxlı konki sürənlərin çıxışı, batut şousu da azarkeşlərə təqdim olunur.
 
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti trekdə dincəlməyə yer axtaranları da diqqətdən kənarda qoymayıb. Trekdəki gərginlikdən bir qədər uzaqlaşmaq istəyənlər çuval formalı rahat oturacaqlarda, çətirlərin altında, divanlarda, kiçik masalarda və şezlonqlarda istirahət edə bilərlər.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org