Bakida evden 50 min manatliq qizil apardilar (FOTO)

6 Yanvar 2016 07:45 – xeber –
Bakının Sabunçu rayonunda ev qarət olunub. 
Olkem.az APA-ya istinadən bildirir ki, hadisə Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb. Həsən Həsənova məxsus fərdi yaşayış evi qarət olunub. Hadisə zamanı evdə heç kim olmayıb.  Ev sahibinin sözlərinə görə, bayramlaşmaq üçün qohumları gilə getdiklərindən evdə heç kəs olmayıb. Təxminən 5 gün ərzində kimsəsiz qalan evə oğrular gəlib. Pəncərələrdən birinin dəmir barmaqlıqlarını kəsərək evə daxil olan oğrular otaqları alt-üst ediblər.
 
Ev sahibinin qohumu Südabə Məmmədovanın sözlərinə görə, oğrular evdən təxminən 50 min manatlıq qızıl-zinət əşyalarını aparıblar: "Bura qardaşımın evidir. Bacımın qızları tələbədirlər, bu evdə qalırlar. Onlar dekabrın 30-u bayrama görə rayona gediblər. Yanvarın 3-ü rayondan qayıdıblar və görüblər ki, pəncərəni sındırıb evə giriblər. Otaqların üçünü də dağıdıblar. Evdən 50 min manatlıq qızıl-zinət əşyalarını aparıblar".
 
İçəridə digər qiymətli əşyalar olsa da, oğrular pul və qızıl axtarıb. Aparılmış qızıl-zinət əşyalarının da qohum ailələrə məxsus müştərək əmlak olduğu bildirilir. Artıq oğurluqla bağlı Sabunçu RPİ-nin 14-cü polis bölməsi də məlumatlandırılıb.
 
Faktla bağlı araşdırmalar aparılır.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org