Bakida en bahali yasayis evinin qiymeti – 3.3 milyon


[r32]
– xeber –
Bakıda qeydə alınan ən bahalı yaşayış evinin qiyməti 3.3 milyon manatdır.
Bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
N.İbrahimov bildirib ki, həmin yaşayış evi Nərimanov rayonu ərazisində yerləşir. Onun sözlərinə görə, hazırda belə bahalı evlərin alıcısı yoxdur: “Çünki insanlar o qədər pulu daha səmərəli sahələrə sərf etməyi üstün tuturlar. Demək olar ki, son 7-8 ayda elə evlər satış predmeti olmayıb. Bu gün 2, 2.3 milyon manat və daha baha qiymətə yaşayış evləri satışa çıxarılır, ancaq uzun müddətdir ki, o evlərlə maraqlanan yoxdur”.
Baha qiymətə satışa çıxarılan torpaq sahələrinə gəlincə isə N.İbrahimov bildirib ki, təmsil etdiyi qurum tərəfindən qeydə alınan ən bahalı ərazinin bir sotunun dəyəri 280 min manatdır. O qeyd edib ki, həmin torpaq sahəsi Nərimanov rayonunda yerləşir.
N.İbrahimov əlavə edib ki, bu gün Bakıda bir sotunun dəyəri bir milyon manata qədər olan torpaq sahələri də mövcuddur.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org