Bakida dehset: arvadini, baldizini ve aqynanasini bicaqladi

5 Yanvar 2016 23:09 – xeber –
Bakıda 3 nəfər bıçaqlanıb.
Olkem.az APA-ya istinadən bildirir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb. Maştağa qəsəbəsi Bağırov 98 ünvanında yaşayan Qurbanov İlham Zakir oğlu yoldaşı 1985-ci il təvəllüdlü Qurbanova Mədinə Ramiz qızı, baldızı, 1986-ci il təvəllüdlü Əliyeva Aynurə Ramiz qızını və qayınanası, 1961-ci il təvəllüdlü Əliyeva Çimnaz Məşədibaba qızına çoxsaylı bıçaq xəsarətləri yetirib.
 
Hər üç yaralı çağırılan təcili yardım vasitəsi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.
 
Xəstəxanadan verilən məlumata görə, Əliyeva Aynurə Ramiz qızına döş qəfəsinin çoxsaylı kəsilmiş-deşilmiş yarası, Əliyeva Çimnaz Məşədibaba qızı və Qurbanova Mədinə Ramiz qızı isə boğaz nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub. Hər üç yaralı dərhal əməliyyata alınıblar.  Hazırda xəstələrin vəziyyəti ağır olaraq qalır.
 
Faktı APA-ya Sabunçu Rayon Polis İdarəsi təsdiqləyib. Polisdən verilən məlumata görə, hadisə baş verəndən sonra Qurbanov İlham Zakir oğlu idarəyə gələrək təslim olub. Hadisənin nə səbəbdən baş verdiyi aparılan araşdırmalardan sonra məlum olacaq.
 
Hazırda faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org