Bakida coxlu donuz cesedi askarlandi

19:09 – xeber – Binə Məişət Tullantıları Poliqonuna və ona yaxın əraziyə çoxlu sayda donuz cəsədləri atıldığı bildirilib.
 
Axar.az Dövlət Baytarlıq Nəzarəti Xidmətinin saytına istinadən xəbər verir ki, bu məlumata istinad edən DBNX və Bakı Şəhər Baytarlıq İdarəsinin mütəxəssisləri əraziyə baxış keçirib:
 
“Nəticədə məlum olub ki, cəsədlərin böyük əksəriyyəti bir müddət əvvəl əraziyə atılmış donuzlardır. Artıq həmin cəsədlərdə çürümə prosesi gedir. Özbaşına əraziyə atılmış donuz cəsədləri baytarlıq mütəxəssislərinin nəzarəti altında xüsusi texnikanın köməyi ilə toplanaraq Binə Məişət Tullantıları Poliqonunda zərərsizləşdirilmiş və ərazi dezinfeksiya edilib”.
 
“DBNX və Bakı Şəhər Baytarlıq İdarəsinin əməkdaşları yaxınlıqda olan donuzçuluq təsərrüfatlarında sorğu keçirib və bildirilib ki, hələlik donuzlar arasında xəstəlik və tələfat hallarına rast gəlinmir. Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, ev heyvanlarında, eləcə də donuzlarda özbaşına müalicə və profilaktika tədbirlərı aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Həmçinin, tövsiyə olunur ki, heyvanlarda hər hansı narahatçılıq, tələfat halları olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə məlumat verilsin, bütün müalicə və profilaktika, eləcə də zərərsizləşdirilmə tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın. Tələf olmuş heyvanların kənar yerlərə atılmasına yol verilməsin”, – deyə məlumatda bildirilib.
 
 
Qeyd olunub ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aparılan araşdırmaların nəticəsinə əsasən bildirir ki, respublikada heyvanlar arasında iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyət sabitdir və sabitliyə tam nəzarət olunur.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org