Bakida bomba heyecani: axtaris basa catdi – Foto

18:32 – xeber – 2016-06-12 00:02:01
 
Bu gün axşam saatlarında bir qrup polis əməkdaşı axtarış aparmaq üçün  “Qanun” nəşriyyatının yerləşdiyi əraziyə gəlib. 
 
“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu APA-ya bildirib ki, polislər nəşriyyatın binasına bomba qoyulması barədə məlumat daxil olduğuna görə gəliblər. Lakin Şahbaz Xuduoğlunun bildirdiyinə görə, axtarış aparmaq üçün hər hansı sənəd təqdim etmədiklərinə görə, onlar binaya buraxılmayıblar.
 
Şahbaz Xuduoğlunun hüquqi nümayəndəsi, vəkil Yalçın İmanov bildirib ki, hazırda hadisə yerindədir: “Polis binanı əhatəyə alıb. Onlar bildiriblər ki, nəşriyyatın binasına bomba qoyulması barədə məlumat daxil olub, lakin axtarış aparmaq üçün heç bir hüquqi sənəd təqdim olunmayıb. Şahbaz Xuduoğlu hazırda Bakıda olmadığı üçün polislərin hələlik binaya daxil olması mümkün olmayıb". 
 
***
 
Ötən gün axşam saatlarından başlayaraq "Qanun" nəşriyyatında bomba olması barədə anonim zənglə binaya gələn polis qüvvələri hazırda qurduqları 3 postla nəzarəti daha da gücləndiriblər.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə nəşriyyatın sahibi Şahbaz Xuduoğlu Feysbuk sosial şəbəkəsində məlumat yayıb. Onun sözlərinə görə, səhər saatlarından nəşriyyatın binası ətrafına polislər lentlər çəkib, içəri kimsənin daxil olmasına imkan verilmir və o istiqamətdə hərəkət məhdudlaşdırılıb.
 
Ş.Xuduoğlu məsələ ilə bağlı bu gün saat 14:00-da binanın qarşısında mətbuat konfransı keçirəcəyini açıqlayıb.
 
***
 
“Polis əməkdaşlarının “Qanun” nəşriyyatında apardığı axtarış başa çatıb. Polislər bomba həyəcanı ilə gəlmişdilər, bu da özünü doğrultmadı, bomba tapılmadı”.
 
Bunu APA-ya açıqlamasında “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun qardaşı, axtarış zamanı nəşriyyatda olan xalq şairi Sabir Rüstəmxanlı bildirib.
 
S.Rüstəmxanlı deyib ki, polis əməkdaşları nəşriyyatda şübhəli saydıqları bəzi çap məhsullarını, qəlibləri götürüblər. 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org